“Məşqçilik təcrübəmi 4 oğlum üzərində sınaqdan keçirirəm”

0

Ukrayna milisinin və “Milan” klubunun əfsanəvi hücumçusu, 2004-cü ildə “Qızıl top”un sahibi olmuş Andrey Şevçenko “La Qazzetta dello Sport”a maraqlı müsahibə verib. Şeva bu müsahibədə keçmiş klubunun indiki vəziyyəti və gələcək planları haqda danışıb.

go site — Ukraynada hazırda vəziyyət heç də yaxşı deyil. Necə düşünürsünüz, bu vəziyyətdə çempionat keçirmək düzgündürmü?

— Bu suala cavab vermək çətindir. Bu məsələdə hər kəsin şəxsi düşüncəsi var. Mən öz fikrimi deməyin bir mənasını görmürəm. Bəlkə də, hər kəsdə “hər şey yaxşıdır” fikrini formalaşdırmaq üçün çempionatı dayandırmayıblar.

— Təhsilinizi bitirmək üçün Ukraynaya dönməyi düşünürsünüzmü?

— Bəli, mən məşqçi olmaq istəyirəm. Bunu reallaşdırmaq üçün də təhsilimi yekunlaşdırmalıyam. Bundan başqa, formasını geyindiyim klublarla sıx əlaqə saxlayıram, futbolçular və məşqçilərlə telefon əlaqəsi qurur, mənə lazım olan bilikləri yaddaşımda saxlayıram.

see — Zedorf hazırlaşmadan məşqçiliyə başladı, amma onda alınmadı…

— Sizinlə razı deyiləm. O, ikinci dövrədə xeyli xal topladı, halbuki həmin vəziyyətdə xal toplamaq çox çətin idi. Klarens riskə getdi, bu isə yeni işə başlayarkən yerində verilmiş qərar idi. İndi o, bir addım irəlidədir. Holladiyalı gözəl təcrübə qazandı. Hansı ki, bu təcrübəni uşaq futbolunda qazanmaq mümükün deyil. Məğlubiyyət işin bir hissəsidir. Uzun sözün qısası, mən düşünmürəm ki, Zedrof uğursuzluğa düçar oldu.

— “Milan”ın hazırkı baş məşqçisi sizin köhnə komanda yoldaşınız İnzagidir…

click here — Ona arzu edirəm ki, mövsümü ən yüksək pillələrdə yekunlaşdırsın. Komanda “San-Siro”dakı ilk oyunu mükəmməl keçirdi. Mən onların heyətindəki futbolçularda qələbə coşğusunu gördüm. Pippo futbolçu olduğu zamanlarda mümkün olan bütün kubokları qazandı, dünya görüşü artdı. Ona görə də belə düşünürəm ki, İnzagi komandaya rəhbərlik etmək işinin öhdəsindən uğurla gələcək.

source site — İtalyan futbolunun indiki vəziyyətini nəzərə alsaq, İnzaginin futbolçu kimi qazandığı nailiyyətləri məşqçi kimi də qazanmasına inanmaq bir az çətindir…

— İtaliya futbolunda keyfiyyətin aşağı düşməsinin əsas səbəbi klubların səviyyəli oyunçuları transfer etməyə maddi güclərinin olmamasıdır. Baş sındırmağa ehtiyac yoxdur. Bir daha deyirəm, əsas problem puldadır. Sonda hər kəs bu amildən asılı olur. “Milan”, “İnter” və “Yuventus” varlı klublarla rəqabətə girə bilmirlər. Mən İtaliyada oynamağa gələndə hər şey başqa cür idi.

— Belə çıxır ki, Çempionlar Liqasında İtaliya klublarının heç bir şansı yoxdur?

— Mən belə ifadə işlətmədim. Fikrimcə, “Real”, “Çelsi”, “Barselona”, “Bavariya” və PSJ bu turnirin favoritləridir. Ancaq “Yuventus”un, italyan, ingilis, ispan, alman klubları ilə rəqabət aparmağa kifayət qədər ustalığı və gücü var. “Roma”nı da unutmaq lazım deyil.

— Alleqri Kontenin işini davam etdirə biləcəkmi?

— Konte “Yuvetus”u ən çətin günlərdən daha yaxşı günlərə doğru daşıdı. İndi bu dövr arxada qalıb, artıq yeni dövr başlayır. Mən Alleqrini iş fəaliyyəti zamanı izləmişəm, onun gördüyü iş xoşuma gəlir. Təzyiq? Dözər. Əslində inanmıram ki, Alleqri ona olan təzyiqi hiss edir. Əgər o təzyiqi hiss etsəydi, heç vaxt klubun başına keçməzdi. Alleqri “Skudetto”nun qalibi olub. O, birinci yer uğrunda yarışda son anda məğlub da olub. İndi Alleqri üçün “Milan”dan sonra daha bir nəhəng klubda işləmək imkanı yarandı.

— Bəs siz hansı klubda işə başlamaq istərdiniz?

— Əlbəttə ki, mən də adlı-sanlı klubda işə başlamaq istərdim, ancaq bu haqda danışmaq hələ tezdir. Hələlik yalnız yeni peşəyə hazırlaşıram. Hazırda elə də çox olmayan məşqçilik təcrübəmi 4 oğlum üzərində sınaqdan keçirirəm.

— İtaliyada hər kəs Konteni və onun məşqçilik ideyalarını müzakirə edir. O, əsl fanatdır. İnzagi də ona bənzəyəcəkmi?

— Kim bilir. Çox şey yaradılmış şəraitdən asılı olacaq. Futbolçu kimi İnzagi istəkli və emosional idi. Onun yeni işdə reaksiyasını izləmək xoşdur. Bu hal necə olursa-olsun. Əsas odur ki, İnzagi bu işdə tər tökür. Onun bu əziyyəti kollektivi idarə etmək üçün İnzagiyə yardımçı olacaq. Futbolçularla hər zaman yaxşı münasibətləri qorumaq, onları oyunöncəsi ruhlandırmaq, paltardəyişmə otağında harmoniyanı saxlamaq lazımdır. Hər şey bunlardan başlayır.

— Siz Londonda yaşayırsınız və hərdən “Çelsi”li futbolçurla görüşürsünüz. Mourinyo ilə münasibətiniz hansı səviyyədədir?

— Hər zaman necə olub, indi də eyni: peşəkar münasibətlər. Mən yaxşı məşqçi olmaq istəyirəm, buna görə də öyrənirəm. Öyrəndiyim insanlardan biri də məhz Mourinyodur. O ki qaldı keçmişə, mən “Çelsi”də çıxış edəndə çoxsaylı zədələr aldım. Həyatımın bu dövrləri çox çətin idi. Həmin vaxt Mourinyo da orada çalışırdı.

— Balotellinin satılması “Milan” üçün düzgün addım idi?

— Əgər futbolçu “Milan”da xoşbəxt deyilsə, klub onu saxlmaqda israr etmirsə, deməli, bu qərar düzgündür. Mən iki il öncə Marionu Avropa çempionatında izləmişdim. O, möhtəşəm futbolçudur. Onun düz yoldan döndüyünə inanmaq istəmirəm. O, daha bir şansı haqq edir və “Liverpul” Marioya bu şansı verəcək. “Liverpul” böyük klubdur, bu komanda ilə Çempionlar Liqasını belə, qazanmaq mümkündür. Hər şey Balotellinin öz əlindədir. O, özü öz taleyini müsbət mənada istiqamətləndirməlidir.

— Necə düşünürsünüz, Ançelotti “Real”la ikinci dəfə Çempionlar Liqası kobokunu qazana biləcəkmi?

— Ançelotti “kral klubu”na 10-cu Çempionlar Liqası kubokunu qazandıranda, çox sevinirdim. O, “Real”ın tarixini yazır. Ancaq bu il bu kuboku qazanmağa namizəd hər zamankından çoxdur.

— Futbol həyatınızdan ötrü nə üçün darıxırsınız?

— Yorğunluğun xoş hissi; gərgin iş günündən sonra bütün güc tükənmiş olur. Düşünürəm ki, məşqçilik fəaliyyəti mənə bu gözəl hissləri yenidən yaşadacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here