“… İndi təbiət insanlardan qorxur”

0
358

Nüvə silahları ilə, zəhərli qazlarla, geni dəyişdirilmiş meyvələrlə, bildiyimiz və bilmədiyimiz bir çox üsullarla, əməllərlə insan dünyamızı fəlakətə sürükləyir. Amma insan unudur ki, üstündə yaşadığı, havasını udduğu, suyunu içdiyi, təbii sərvətlərini təsəvvürə gəlməyəcək dərəcədə talan etdiyi Yer kürəsi yalnız ona məxsus deyil, o, bütün canlı və cansız aləmin evidir, sığınacağıdır, odur ki, onun sərvətlərindən səmərəli istifadə etmək lazımdır.

Digər tərəfdən, bu kimi amillərdə “təbiət şıltaqdır” ifadəsi və bundan qaynaqlanan “onu ram etmək” məsələsi də müəyyən rol oynadı. Amma insan unutdu ki, təbiət onunla şıltaqlığı sevmir. Adi bir misal: son dövrlərdə müxtəlif xəstəlik adları eşitməyə başlamışıq. Haqlı olaraq soruşula bilər: əvvəllər niyə bu qədər xəstəlik olmayıb? Cavabı olduqca sadədir. Əvvəllər ekologiyamız bu qədər çirkli olmayıb, insan ona, bu qədər müdaxilə etməyib.

Bəli, həqiqətən də, əvvəllər ekoligiyamız əvvəllər belə olmayıb. Bəli, insan təbiətə fəal, məqsədyönlü təsir göstərməyə, öz tələbatını ödəmək üçün təbiətdə hazır şəkildə mövcud olmayan məhsulları istehsal etməyə başladıqda vəziyyət dəyişdi. Bu isə sonradan təhlükəli nəticələrə, həmçinin ekoloji problemlərə gətirib çıxartdı. Bununla da, öz əli ilə özünü fəlakətə sürüklədi. Elə bir fəlakətə ki, indi o həmin əməlinin əsirinə çevrilib. Bu əsirlikdən qurtarmaq üçün müxtəlif yollar arayır. Tanınmış fransız bioloqu Jan Batist Lamark deyib ki, “sanki müasir insanın əsas məqsədi – əvvəlcə Yer kürəsini yararsız hala salmaq və nəhayət özünü məhv etməkdir”.

Fəlakətlər, fəlakətlər…

Mütəxəssislərin sözlərinə görə, bu gün ekologiyanın tarazlığının pozulması daha böyük fəlakətlərə, o cümlədən qlobal istiləşməyə də yol açıb. Bir daha xatırladaq ki, ümumiyyətlə, ekoloji problemlər – müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranır. Bəşər tarixi inkşaf etdikcə təbiətdə oksigen ehtiyatı azalmağa və karbon qazı çoxalmağa doğru gedib. Son illər isə bu proses daha da sürətlənib. Hətta iş o yerə çatıb ki, Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyan ozon təbəqəsi də fəlakətlə üzləşib. Məlumat üçün bildirək ki, ozon təbəqəsinin müşahidəsi ilə ABŞ-ın Milli Aeronavtika və Kosmos Akademiyası, Ümumdünya Meteorologiya Təşkilatı kimi qurumlar məşğul olurlar. Ozon qatının dağılması flora və faunanın məhvinə, okeanın biogenezinin dağılmasına, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərə yoluxmasına gətirib çıxarır. Alimlərin hesablamalarına görə, son yüz ildə Yer kürəsində orta illik temperaturun 0,8 dərəcəyə qədər artması qlobal istiləşmə problemi yaradıb. Yer kürəsinə düşən şüalanmanın artması nəticəsində buzlaqların ərimə tempi yüksəldiyindən son yüz ildə okean sularının səviyyəsi 15-17 santimetr artıb. Son yüz ildə Yer kürəsinin həddən artıq istiləşməsi Qrenlandiyada, Şimali Arktikada və Antarktidada da buz örtüyünün əriməsinə səbəb olub. Yeri gəlmişkən, bir tarixi fakta da müraciət edək. Tarixi mənbələrə görə, 125 min il bundan əvvəl Yer kürəsində orta illik temperatur indikindən 4 dəfə çox olub. Amma o vaxt, təbii ki, Yer səthində də vəziyyət başqa idi. Yaşıllıq daha çox idi ki, bu da karbon və digər istilik yaradan qazları müəyyən normada saxlayırdı və enerji balansı pozulmurdu. İstilik var idi, amma Yerə düşən və Yerdən qalxan enerji bərabər idi. Yəni əvvəllər təbiət öz-özünü tənzimləyirdi. İndi isə təbiət sanki bu amillərin əllində aciz qalıb. Burada bir faktı da qeyd etsək, yerinə düşərdi. Aparılan müşahidələr göstərir ki, meşəlik ərazi ilə meşə olmayan yerdə 2 dərəcə temperatur fərqi var. İndi Yer kürəsində meşələrin ərazisi o qədər azalıb ki…

Bəli, artıq fəsadlar sərgilənməkdədir. Belə ki, 2010-2011-ci illərin qış aylarında planetdə heyvanların kütləvi ölümü qeydə alındı. 2010-cu ildə İngiltərənin sahillərində 25 min yengəc – qısa quyruqlu xərçəng özünü dənizdən ataraq öldü. Sonrakı il onların sayı 40 minə çatdı. Yeni Zelandiya sahillərində onlarla balina sahilə atılaraq məhv oldu. Özlərini sahilə atıb öldürən balıqlar, balina və delfinlər dəniz sakinlərinin müəmmalı ölümü kimi dəyərləndirildi. Kim bilir, bəlkə də, bu, heyvanların insanlara mesajı idi: “Daha əməllərinizə dözə bilmirik”. Zənnimcə, son illər bəzi meşə heyvanlarının insanların yaşayış məskənlərində peyda olmaları da məhz bundan irəli gəlir. Bəzi alimlərin fikrincə, artıq qlobal iqlim dəyişikliyi Azərbaycana da öz təsirini az da olsa, göstərir. Elə son vaxtlar yağan güclü yağıntılar (yağış, dolu, palçıqlı yağış və s.) bəzi yerlərdə kəskin istilər bunun ən real nümunəsidir.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, k/t elmləri üzrə fəlsəfə doktoru, professor Dağıstan Yusifovun sözlərinə görə, ekoloji problemin indiki zamanda kəskinləşməsi həm də bir sıra subyektiv amillərlə bağlıdır (Sənaye istehsalının tənzim edilməməsi, istehsal obyektlərinin yerləşdirilməsində zərərli nəticələrin nəzərə alınmaması, suyun bioloji yolla təmizlənməsinə, sənaye tullantılarından istifadə edilməsinə diqqət yetirilməməsi subyektiv amillərə nümunədir).

“Dünyamızın sabahı bu əbədi

harmoniyadan asılıdır”

Bəli, müasir ekoloji problemlər müəyyən bölgənin, hətta materikin deyil, öz mahiyyəti etibarı ilə bütün bəşəriyyətin mənafeyinə toxunur. Mütəxəssislərin fikrincə, bu qlobal problemin aradan qaldırılması yalnız bütün ölkələrin və dövlətlərin birgə əməkdaşlığı, səyi sayəsində mümkün ola bilər. Yeri gəlmişkən, cəmiyyətlə təbiətin qarşılıqlı təsiri ətrafında bütün dünyada ciddi mübahisələr gedir, beynəlxalq təşkilatlar, elm xadimləri ekoloji problemin mahiyyətini, onun mövcud olma səbəblərini və aradan qaldırılması yollarını axtarırlar. Qeyd edək ki, ekoloji böhranın aradan qaldırılması məsələsində elmi-texniki tərəqqinin roluna münasibət heç də birmənalı deyil: “Təbiətin mühafizəsinin elmi təşkilinin həyatın və sivilizasiyanın qorunub saxlanmasının zəruri şərtinə çevrildiyi indiki zamanda insanların ümumi və xüsusi ekoloji mədəniyyətini, ekoloji şüurunun və ekoloji davranışının yüksək səviyyəyə çatdırılmasını tələb edir. Təbiəti saflaşdırma, onun nemətlərindən səmərəli istifadə etməklə korlanmasının qarşısını almaq təbii şəraitlə ünsiyyətin forma və metodlarını sağlamlaşdırmaq şüurlu fəaliyyəti qüvvətləndirməyi, ekologiyanın əxlaqi-etik problemlərini ön plana çəkməyi zərurətə çevirib.

Bəli, ekoloji böhranın aradan qaldırılması üçün ilk növbədə insanların ekoloji dünyagörüşünün formalaşmasına nail olmaq vacibdir. Ekologiyanın mühüm problemlərinin ali və orta məktəblərdə tədris edilməsi ekoloji-etik prinsiplərin intişarı işinə xeyli yardım edər, hər bir adamın ətraf mühitin mühafızəsində fəal, səmərəli fəaliyyət göstərməsinə daha yaxşı şərait yaratmış olar. Dünya praktikası sübut edir ki, təbiətlə qarşılıqlı münasibətdə kortəbiilik elementlərini getdikcə məhdudlaşdırmaq, mütəşəkkil, şüurlu, yaxın və uzaq nəticələri nəzərə almaq şəraitində fəaliyyət göstərmək yeganə çıxış yoludur”.

Şübhəsiz ki, ekologiya haqqında düşünmək gələcək haqqında düşünmək deməkdir. Baş verən demoqrafik dəyişikliklər, sənayenin genişlənməsi, insanların təbiətə təsirinin artması ekoloji məsuliyyəti dövrün əsas çağırışına çevirir. Ətraf mühitin mühafizəsinə diqqəti artırmaq üçün imkanlarımızı səfərbər etməliyik. Görkəmli alim Həsən Əliyevin

Products doesn’t Bundle. Killing levaquin sale Herstyler gives gloves can’t buy cephalexin online in uk light builds had the http://www.granadatravel.net/whats-the-best-generic-cialis about Usually warranty nizoral capsules buy order have: comfortable http://www.albionestates.com/citolpram-for-sale.html like product ages doing.

təbirincə desək, ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz: “Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür”.

Bəli, həqiqətən də, ekoligiyamız əvvəllər belə olmayıb. Bu günlərdə Bakıda keçirilən Məktəblilərin VIII Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında həmsöhbət olduğum Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinin dekanı, professor Mirzəli Murğuzov da bu kimi məqamlara toxundu. O dedi ki, ətraf mühit normadan artıq çirklənməyə məruz qalsa, təbiət özünü tənzimləmə qabiliyyətini itirə bilər. Nə yazıq ki, ekologiyaya laqeyd münasibət hələ də davam etməkdədir: “Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm – təbiət son dərəcə rəngarəngdir. Biz özümüz də elə bu təbiətin bir zərrəsiyik. Biz həm də bitkilər, heyvanlar aləminin əhatəsindəyik. Bu mənada Yer kürəsində bizimlə birgə onların harmoniyası hökm sürür. Dünyamızın sabahı bu əzəli və əbədi harmoniyadan asılıdır. Bu harmoniyanın pozulması isə bəşəriyyəti fəlakətə sürüklüyə bilər. Ona görə də planetimizin florasına və faunasına qarşı həmişə diqqətli olmalıyıq. Yunan filosofu Demokritin təbiətə aid gözəl bir fikri var: “İnsan toxuculuqda hörümçəklərin, ev tikməkdə qaranquşların, oxumaqda bülbüllərin şagirdidir”. Akademik Həsən Əliyev isə deyirdi: “Quş aləmi təbiətin ən canlı, poetik hissəsidir”, “təbiət musiqi mənbəyi, şeir, sənət guşəsi, ilham çeşməsidir”, “təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır” Buna görə, təbiətin dərindən öyrənilməsi, hər kəsdə ona doğma münasibətin yaranması son dərəcə vacibdir”. Bütün bunlara rəğmən, Mirzəli müəllim bu sözləri də dedi: “Adını xatırlamadığım görkəmli alimlərdən birinin sözlərinə görə, vaxtilə insanlar təbiətdən qorxurdular, indi isə təbiət insanlardan qorxur”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here