“Neftçi” xal itirdi

0

get link Noyabrın 10-da Azərbaycan Premyer Liqasının 11-ci turunun növbəti oyunları keçirilib. Günün ikinci matçında çempionatın lideri “Neftçi” doğma meydanda autsayder “Zirə”ni qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb. “Flaqman”ın heyətində Baqali Dabo və Mirabdulla Abbasov, digər komanda da isə Tellur Mütəllimov və Vüsal İsgəndərli fərqləniblər.

get link Xatırladaq ki, tura “Sabah” – “Səbail” oyunu ilə start verilib. Görüş “Səbail”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

source Tura noyabrın 11-də “Qəbələ” – “Qarabağ” və “Sumqayıt” – “Keşlə” oyunları ilə yekun vurulacaq.

get link