Mingəçevir toponimi barədə düşüncələr

0

http://nonprofitrockstartour.com/lil-kim-sex-scenes Mingəçevirin qədim tarixi eneolit dövrünə (b.e.z. III minillik) təsadüf edir. İlk dəfə burada 1871-ci ildə həvəskar arxeoloq F.S.Bayer səthi tədqiqat işləri aparmış və Mingəçeviri “dirəklər üzərində qurulmuş şəhər” kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeoloqların diqqət mərkəzində olmasına baxmayaraq yalnız 1935-ci ildə professor Y.A.Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, burada iki qədim yaşayış məckəni, qəbirstanlıqlar və müxtəlif qəbir növləri aşkar edilmişdir.

see

Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi BVM-dən sonra burada SES tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət heyətinin təşəbbüsü ilə 1946-1953-cü illərdə mərhum tarixçi alim S.M.Qazıyevin rəhbərliyi altında aparılmışdır.

Arxeoloji qazıntılar zamanı ayrı-ayrı tarixi mərhələləri ardıcıl əks etdirən 20 mindən artıq maddi-mədəniyyət nümunələri tapılmışdır. Bunların arasında qədim yaşayış yerləri, torpaq, kurqan, katakomba və küp qəbirləri, istehsal vasitələri, məişət və bəzək əşyaları, pul sikkələri, xəncər və nizələr və s. olmuş və bu eksponatların köməyi ilə müəyyən edilmişdir ki, Mingəçevirin 4-5 min il yaşı vardır.

follow link Ümumiyyətlə, 1946-53-cü illərdə Mingəçevirdə və ətraf yaxın ərazilərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələrinin Azərbaycanın qədim dövr və orta əsrlərdə ictimai-iqtisadi və mədəni inkişaf tarixinin öyrənilməsində, onun bir xalq kimi qədim mədəniyyətə malik olmasının sübutunda əvəzsiz rolu olmuşdur. Perqament üzərində V-VI əsrə aid ilk alban yazıları və yazılı kitabə – (Mingəçevir –Sudağılan epitafiyası), 1950-ci ildə bu ərazidə (qədim Samux)  tapılıb, o dövrdən ölkənin Tarix Muzeyində nümayiş etdirilir.

follow url Mingəçevir arxeoloji kompleksi cənubi Qafqazda ən iri kompleks olmaqla oradan tapılmış maddi-mədəniyyət qalıqları Kür-Araz (e.ə.XIII-VII əsrlər), Xocalı-Gədəbəy (e.ə. VII-II əsrlər), Küp qəbirləri mədəniyyətinə (e.ə.IV-II əsrlər) aid edilir. Yeri gəlmişkən, eyni coğrafi əraziyə daxil olan və SES tikintisi ilə əlaqədar olaraq Samux vadisində su altında qalanadək1949-cu ildə paralel olaraq aparılmış arxeoloji qazıntılar zamanı Səngər kəndində e.ə. VII-V əsrlərdən başlamış orta əsrlər dövrünəaid yaşayış yeri, küp qəbirləri və s. tarixi nümunələr tapılmışdır. ( ASE, VII cild, səh.389). Eynilə uşaq çarpayılarının qədim növü – beşiyin izi olan ilk antropoloji material XIV-XVII əsrlərə aid müsəlman qəbirlərində ilk dəfə Samuxda aşkar edilmişdir. (ASE, II cild, səh.131). Eynilə tanınmış alim-arxeoloq R.M.Vahidovun rəhbərliyi ilə arxeoloji ekspedisiyanın tədqiq etdiyi Alpout, Sarı Qaya kəndləri yaxınlığında və Sarı Şıx məzarıstanlığında , eləcə də Qanıx çayının Kürlə birləşdiyi yerə yaxın Torpaq Qala adlı yaşayış məskənlərinin qalıqları aşkar olunmuşdur. Bu yaşayış yerləri antik, ilk orta və orta əsrlərə aid edilmişdir.

follow link Mingəçevir Alban dövlətinin inkişaf etdiyi dövrlərdə ən mədəni bir mərkəz kimi tanınmışdır. “Alban hökmdarı Arsvahanın və yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə Alban əlifbası tərtib edildikdən, ölkədə məktəblər açıldıqdan” sonra Mingəçevir daha da inkişaf etmişdir.

Böyük ticarət yolu (İpək yolu) üzərində yerləşən Mingəçevir, Kür çayında ən münasib keçid kimi XVIII-XIX əsrlərdə, hətta XX əsrin əvvələrində də öz əhəmiyyətinn itirməmişdi.

Mingəçevirlə bağlı qədim faktlara Plutarxın, Straboun, Klavdiy Ptolomeyin, Övliyyə Çələbinin və başqa dünya şöhrətli tarixçi, coğrafiyaşünas və səyyahların əsərlərində rast gəlmək olur.

“Mingəçevir” toponiminin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur.

Burada e.ə. I əsrdə məşhur Roma sərkədəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur.

 

Tarixçilərin təsvirinə görə albanlar məhz müasir bəndin ərazisində Pompeyin qoşunlarını gözləmişlər. Bu, payızda Kürün suyunun az olması ilə  əlaqədar olmuşdur. Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara (manqaça) bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə “manqaça vur” sözləri ilə əmr etmişdir.

“Mingəçevir” toponiminin meydana gəlməsində ərəblərin Azərbaycanda olmalarının da müəyyən təsiri olmuşdur. Elxanilər hərəkatının yatırılması üçün Azərbaycana göndərilmiş ərəb sərkədəsi Məniçöhrün qızı döyüşlərin birində həlak olur. və atası onu yadigar qılıncı və atı ilə birlikdə Kürün sahilində dəfn edir. Ehtimal olunur ki, “Mingəçevir” sözü Məniçöhrün adı ilə bağlıdır.

Mərhum akademik Z.Bünyadov  “Mingəçevir” sözünü 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırtmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkədəsi Mingincəvr Əl-Fərqaninin adı ilə bağlayır.

Ehtimallardan biri də toponimin “Min.gəl.çevril” olmuşdur. Şəhər gözəl olsa da, burada yaşamaq qorxulu olub. Ərazinin seysmik zonada olması, gur və sərt axan Kür çayının tez-tez məcrasından çıxması böyük tələfatlar törədib. (“Qayığa min, gəl, amma burada yaşama, çevril get”).

Professor T.Hacıyev Azərbaycanın qədim dövləti Midiyanın Mannanın xarabalıqları üzərində, məhz onun əsasında yarandığını qeyd edir. Müvafiq coğrafi koordinatlarda yerləşən dövlətlərin arasında birbaşa tarixi-mədəni-siyasi əlaqə olmuş, yəni Midiyanın Mannaya münasibətində hər cəhətdən varislik bağlılığı mövcuddur. Midiya tayfa ittifaqlarından biri “mak”lardır. “Mak”lar və “manna”lar  (mannanılar) etnik və leksik cəhətdən bir-birinin eynidir. “Manna” sözü tarixi mənbələrdə müxtəlif variantlarda oxunur: Manna, Mannay, Minni, Mannas.

Görkəmli alim İ.Əliyev qədim alban tayfalarından söz açarkən “mik” tayfasının adını çəkir və bildirir ki, bu tayfa Muğana yaxın torpaqlarda yaşamışdır.

T.Hacıyevin fikrincə albanların mik tayfası qədim mak (manq-manna) tayfa birliyinin davamıdır. “Mik” sözü “mak” sözünün fonetik variantıdır və bu sözün əsli ehtimal ki, “minq” şəklində olmuşdur.

 

Dilin tarixi inkişafı ilə bağlı “manq” sözü bir neçə variantda işlənmişdir… Xalq adı bildirən “Manna” sözü “manqa” sözünün fonetik dəyişikliyə uğramış şəklidir. Ona görə də T.Hacıyev “manna” sözünün mənbələrdə göstərilən “minni” variantını “minqi” (minqe) şəklində görməyi doğru sayır və “Mingəçevir” adının “minki” və “savir” tayfa adlarının birləşməsindən yarandığını bildirir. Minkisavir-Minkicavir-Mingəçevir.

Savirlər tarixən Qafqazda yaşamış və Azərbaycan xalqının soykökündə iştirak etmiş qədim türk tayfasıdır.

Mingəçevir, Mingə, Mincivan, Muğan və Urmiyyə yer adları belə bir həqiqəti təsdiq edir ki, Azərbaycan xalqının etnik mənşəyi, adı, ötəri təsadüflər üzərində deyil, zəngin və çoxsaylı monolit doğma el qatları üzərində qurulmuşdur.

Qeyd: Mingəçevirin toponomikasına dair məlumat tərəfimdən  ilk dəfə 1988-ci ildə – şəhərin 40 illiyində “Həmişə cavan, qədim Mingəçevir” başlığı ilə “Oqni Minqeçaura” qəzetində dərc edilmişdir. Bu yazı isə turizm üzrə ilk dövlət proqramı və “Mingəçevir” saytı üçün 2007-ci ildə hazırlanmışdır.

Bayram Mustafa

P.S. Bayram Mustafa Mingəçevirdə uzun illər idman, turizm və dövlət qulluğunda çalışıb.