Mingəçevirdə Bayraq Günü münasibəti ilə yürüş keçirilib

0

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü  Mingəçevirdə coşqulu bayram yürüşü ilə qeyd olunub. Belə ki,  şəhər İcra Hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərlərinin, eləcə də çoxsayda gənclərin və ictimaiyyət fəallarının iştirakı ilə baş tutan yürüş aksiya Heydər Əliyev prospektindən başlayaraq  şəhərin Bayraq meydanınadək davam edib.

enter Yürüş  zamanı  eni  7 və uzunluğu 14 metr olan möhtəşəm üç rəngli Dövlət Bayrağı meydana  gətirilib. Yürüş boyu  bayrağın başları üzərində daşınması  şəhərin idmançı gənclərinə həvalə edilib.Onları əli bayraqlı digər həmyaşıdları müşayət  edib.

source site Daha sonra  yürüş aksiya Bayraq meydanında coşqulu şənliklə davam etdirilib. Mingəçevir şəhərinin tanınmış incəsənət xadimləri və Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı yetirmələri  saatlar ərzində rəngarəng bayram proqramı ilə çıxış edərək  iştirakçılara xoş anlar yaşadıblar.

click here Tədbir boyu təbriklər, nəğmələr və rəqslər bir-birini əvəz edib. Bayram tədbiri hər kəsin qəlbində böyük fərəh hissi yaradıb.

Esmira Hidayətova, Mingəçevir