“Bu çöllər bizə lazım deyil… torpaqları qaytarmağa hazırıq…”

0

http://nonprofitrockstartour.com/funnny-porn Bu sözlər, nə qədər təəccüblü də görünsə, Ermənistanda baş nazir vəzifəsini icra etmiş Nikol Paşinyana aiddir. Siyasi fəaliyyətlə yanaşı, Paşinyan kitab yazmağa da vaxt tapıb və onun “Yerin tərs üzü” adlı avtobioqrafik romanı 2018-ci ildə Ermənistanda çap edilib.

Paşinyan kitabında Ermənistanın vəziyyəti və gələcəyi haqqında özünün düşüncələrini bir az duyğusal üslubda çatdırmağa çalışıb. Onun burada yazdıqları içərisində işağal edilmiş Dağlıq Qarabağ torpaqları haqqında düşüncələri bizim üçün daha maraqlıdır. “Yazıçı-siyasətçi” kitabında özünü əsasən humanist, sülhsevər bir insan kimi təqdim etməyə çalışır. Lakin fikirlərinin davamında onun əsl kimliyi – erməniliyi üzə çıxır. Paşinyan Azərbaycanın əzəli torpaqlarının işğalında iştirak etmədiyinə görə özünü qınayır, “günahını” etiraf edir: “…Və mən Ağdamı xatırladım. Uşaqlarım dağıdılmış evlər arasında oyana-buyana qaçırdılar. Mən və arvadım isə bir təpədə durub şərqə tərəf baxırdıq. Bu, qeyri-adi bir hiss idi; biz sahibi və müdafiəçisi erməni əsgəri olan bir torpaq üzərində dayanmışıq. Və bu torpaq- düzdür, əsil düzənlikdir və buradan ucu-bucağı  görünmür. Biz şərqə baxırıq və mənim baxışlarım Pamir dağlarına dirənir. Mən burada öz eyniqanlı soydaşlarımın arasında dayanmışam. Burada erməni qanunları qüvvədədir. Bu, düzənlikdir və mənim baxışlarım Pamir dağlarına dirənir. Və mən bu müharibədə iştirak etmədiyim üçün utanıram”.

source link Onun əsl erməniliyi sonrakı sözlərində üzə çıxır. Arvadı ilə işğal etdikləri Azərbaycan torpaqlarını seyr edən Paşinyan guya arvadının dilindən deyir: “ Həyat yoldaşım və mən eyni şeyi düşünürük, amma bunu yüksək səslə söyləməyə cəsarət etmirik. Sonda xanmım daha cəsarətli çıxır  və deyir: Bu torpaqları Azərbaycana necə qaytarmaq olar?..”.

see Paşinyanın “erməni iştahası” da çox uzaqlara gedir. Baxışları “Pamir dağlarına qədər uzanan” Paşinyan “Böyük Ermənistan” xülyasının sərhədlərini Mərkzəi Asiyaya qədər aparıb çıxarır.

enter site Lakin onun əsas siyasi məqsədi sonrakı cümlələrində bəlli olur. Paşinyan ehtiyatla bu torpaqların ermənilərə aid olduğunu etiraf edir, arzulayır. Ancaq guya qan tökülməməsi naminə hətta bu əraziləri qaytarmağa da hazır olduqlarını ifadə edir: “Biz qəzetimizdə sərt xətt tərəfdarlarını tənqid edirik, şənbə və bazar günləri isə deyirik ki, düşmənə bir qarış da torpaq vermək olmaz. Bu nədir? Yalandır? Daha doğrusu, ürək və ağılın qarşıdurmasıdır. Ürək istəyir ki, düzənlik onun olsun, Pamir dağları mənim gözümün önündə uzansın.  Ağıl isə deyir: bir hissə üzündən bütövlüyü təhlükə altına atmaq olmaz. Və ən azı, bəyan etmək lazımdır, yüksək səslə bəyan etmək gərəkdir ki, bu çöllərə bizim ehtiyacımız yoxdur və biz bu torpaqları sülh naminə geri qaytarmağa hazırıq…”.

Kitabdakı fikirlərlə tanış olan oxucuların bir qismi bildirirlər ki, Paşinyanın sözügedən kitabının məhz indi, Ermənistandakı seçki ərəfəsində yayılması seçkidən sonrakı proseslərə insanları psixoloji olaraq hazırlamağa xidmət edir. Əslində Paşinyan bununla bir neçə mətləbi çatırmağı hədəfləyir. Birincisi, o, demək istəyir ki, biz heç kiçik ərazili Ermənistanı dolandıra bilmirik, bu geniş əraziləri boş yerə nə üçün saxlayaq? İkincisi isə Paşinyan əsl qorxusunu, müharibə olacağı təqdirdə bütöv Ermənistanı itirmək qorxusunu etiraf edir. Elə məhz buna görə də soydaşlarına demək istəyir ki, salamat qalmaq, yaxşı yaşamaq istəyiriksə, işğal etdiyimiz əraziləri sahibinə qaytarmalıyıq.

Qeyd edək ki, son dövrlərdə cərəyan edən siyasi proseslərdən çıxış edən ekspertlər hesab edirlər ki, N. Paşinyan seçkidən sonra Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində addımlar atmağa məcburdur. Onun qarşısında Qərb tərəfindən də belə bir şərt qoyulub. Bu şərti ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton açıq şəkildə səsləndirmişdi: “Əgər Ermənistan xarici təzyiqlərdən xilas olmaq istəyirsə, əraziləri qaytarmalıdır”.

go here Taleh Turqut, “İki sahil