Ağdam Muğam Mərkəzi: muğam müsabiqələrinin, festivallarının növbəti ünvanı

0

enter site Xəbər verildiyi kimi, noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Bu tədbirdə iştirak edənlər arasında Xalq artisti Mənsum İbrahimov da olub. Ağdam Muğam Mərkəzi ilə bağlı təəssüratlarını “İki sahil” qəzeti ilə bölüşən tanınmış xanəndə bu sənət məbədinin fəaliyyətə başlamasını  həyatının ən unudulmaz günü kimi yaddaşına əbədi həkk olunduğunu söylədi: “Sevincimin həddi-hüdudu yoxdur. Bəli, bu, Qarabağımızda sayca üçüncü muğam mərkəzidir və mən deyərdim ki, ən möhtəşəmidir”.

follow site Qədim və zəngin mədəniyyətimizin vizit kartı hesab olunan muğamımızın dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna əhəmiyyətindən danışan M. İbrahimov bildirdi ki,  2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına çox böyük töhfələr verib: “Düşünürəm ki, Ağdam Muğam Mərkəzi də bu ənənəyə sadiq qalacaq. Qeyd edim ki, muğam mərkəzlərinin təşkilində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. Başqa sözlə desək, Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımızın intibah dövrü başlayıb. Muğamımızın UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilməsi də onun sayəsində baş tutub. Muğam Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev də bu barədə ətraflı danışdı. Bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Doğrudan da, son illərdə ölkəmizdə muğamın inkişafına çox böyük təkan verilib. Belə ki, ənənəvi muğam televiziya müsabiqələri, həm də beynəlxalq muğam festivalları keçirilir. Digər tərəfdən, görkəmli ifaçılarımızın diskləri, kitabları, albomları buraxılıb. Bu mənada “Muğam dünyası”, “Qarabağ xanəndələri” layihələri olduqca dəyərlidir. Ona görə də öz adımdan, eləcə də sənət dostlarım adından möhtərəm Prezidentimizə və Mehriban xanım Əliyevaya “Çox sağ olun”deyirəm”.

source link Tanınmış xanəndə vurğuladı ki, muğamımıza belə diqqət göstərilməsi həm də bir zərurətdir: “Prezident İlham Əliyevin bildirdiyi kimi, axı muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Bu isə o deməkdir ki, dilimizin qorunmasında muğam sənəti xüsusi rol oynayır”.

list of indian porn Xalq artisti Mənsum İbrahimov həmçinin qeyd etdi ki, Ağdam Muğam Mərkəzi konsert müəssisəsi qismində fəaliyyət göstərəcək: “Yəni burada həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Şübhəsiz, növbəti muğam müsabiqəsinin, eləcə də beynəlxalq muğam festivalının ünvanı da elə bu məkan olacaq”.

follow url Müsahibimiz öz arzularını da dilə gətirdi: “Mən də yüksək zövqlə inşa olunmuş ikimərtəbəli Ağdam Muğam Mərkəzinin müasirliyi ilə seçilən konsert zalında bir konsert proqramı ilə  çıxış etmək istəyirəm. Çalıcağam ki, bu arzumu yaxın günlərdə reallaşdırım.  Yeri gəlmişkən, bir gün işğal altındakı digər ərazilərimiz də azad olunacaq və belə möhtəşəm musiqi məbədləri Şuşada, Ağdamın mərkəzində və digər məkanlarımızda inşa olunacaq. Mən də “Qarabağ şikəstəsi” ilə illər boyu həsrətində olduğum ərazilərimizi ovundurmağa, əgər belə demək mümkündürsə, könlünü almağa çalışacağam. Mənə elə gəlir ki, o gün uzaqda deyil. Bir fikrimi də çatdırmaq istərdim. Quzanlıda aparılan abadlıq-quruculuq işləri, eləcə də burada belə bir mərkəzin istifadəyə verilməsi öz torpaqlarından didərgin düşmüş insanlara güc, qüvvət verir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

 

follow url