Ermənistan inkişaf etmək istəyirsə…

0

Ekspertlər bu günlərdə İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun şəkildə qəbul etdikləri bəyannaməni Ermənistanın təcridinin növbəti sübutu kimi dəyərləndirirlər. Belə ki, Ermənistan mətbuatı guya rəsmi Tehranın Dağlıq Qarabağ münaqişəsində rəsmi İrəvanın mövqeyini dəstəklədiyini yazırdı. Ancaq həmin tədbirdə İranın xarici işlər naziri qəbul olunmuş bəyannamə ilə birmənalı şəkildə açıq-aşkar bəyan etdi ki, rəsmi Tehran Azərbaycanın suverenliyinin tərəfdarıdır. Ermənistan mətbuatının yazdığına görə, onun belə bir açıqlaması rəsmi İrəvanda qıcıq yaradıb. Hətta bu, Azərbaycanın İrana qarşı dostluq jestlərinin müqabilində rəsmi Tehranın cavab addımı kimi qiymətləndirilib.
Regionun digər dövləti – Gürcüstan, eləcə da şimal qonşumuz Rusiya da bu aspektdən çıxış etməkdədir. Bu isə o deməkdir ki, Ermənistan regionda tamamilə təcrid vəziyyətindədir. Elə bu səbəbdən işğalçı ölkənin aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri iflasa uğramaqdadır.
S click on vaxtlar dünya miqyasında öz mövqeyi ilə seçilən, siyasi, iqtisadi, mədəni sahələrdə bir sira uğurlara imza atan Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlər Ermənistanın işğalçılıq siyasətini qınayır və respublikamızın ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayırlar. Belə ki, NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə ölkəmizin ərazi bütövlüyünə bir daha dəstək ifadə edilib. Digər tərəfdən, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistana səfərində sanki Azərbaycanın mövqeyini təkrarlayırmış kimi, hazırda problemlər məngənəsində sıxılan rəsmi İrəvanı ittiham edən fikirlər səsləndirib. Hətta o, bu işğalçı ölkəyə vəziyyətdən çıxış yolu da göstərib: Ermənistan inkişafa nail olmaq istəyirsə, qonşu dövlətlərlə normal münasibətlər qurmağı bacarmalıdır. Yeri gəlmişkən, bu mövqeyi rəsmi Vaşinqtonun Ermənistandakı sabiq səfiri Riçard Mils də dilə gətirib.

Bundan əlavə, Qərb dövlətləri, həmçinin Avropa İttifaqı Nikol Paşinyanı ciddi siyasətçi kimi qəbul etmirlər. Odur ki, bu kimi səbəblərdən dünyadan təcrid olunmuş Ermənistan özünün ağır günlərini yaşayır. Belə ki, bu gün Ermənistanda ağır miqrasiya və sosial problemlər hökm sürür. Son məlumata görə, işğalçı ölkədə iqtisadi fəal əhalinin 20,2%-i işsizdir. İşğalçı Ermənistanın boş vədlərlə, populist çıxışlarla hakimiyyətə gəlmiş hazırkı rəhbəri isə ölkəni anarxiya vəziyyətindən xilas etmək, sosial-iqtisadi problemləri yoluna qoymaq əvəzinə hələ də rəqiblərini siradan çıxarmaqla, öz hakimiyyətinə “legitimlik donu” geyindirməklə məşğuldur. Hətta o bu “geyimə” o qədər aludə olub ki, hakimiyyətdə olduğu 6 ayda heç bir iqtisadi islahat keçirmək belə yadına düşməyib. Siyasətçilərin fikrincə, belə getsə, Ermənistanın Liviyanın, Suriyanın gününə düşəcəyi gün o qədər də uzaqda deyil.

go here …Bəli, artıq dünya Azərbaycanın apardığı uğurlu siyasəti sayəsində Dağlıq Qarabağ həqiqətlərini birmənalı şəkildə dilə gətirməkdə, işğalçı ölkəni qınaq obyektinə çevirməkdə və işğala son qoyulmasını tələb etməkdədir. Amma Ermənistan hələ ki, öz aləmindədir, yəni öz mövqeyini ortaya qoymur.  Şübhəsiz,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi, yoxsa hərbi yolla həlli bundan asılı olacaq.

Ağdama səfəri çərçivəsində bu problemdən danışan Prezident İlham Əliyev Azərbaycan xalqının və dövlətinin heç vaxt bu işğalla barışmayacağını bir daha bəyan edib. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, Ermənistan işğal edilmiş torpaqlardan öz qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır, özü də bunu nə qədər tez etsələr, həm onlar, həm də bölgə üçün yaxşı olar: “Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq”.

source url Qvami Məhəbbətoğlu

 

mature ivee