“Çox istərdik ki, 4-cü oyunumuzda yaxşı nəticə əldə edək”

0

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Poltavada Ukraynanın “Vorskla” komandası ilə qarşılaşacaq. Aleksey Butovski adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Görüş “CBC Sport” kanalında birbaşa yayımlanacaq.

go to link Matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sandro Şörer olacaq. Bekim Zoqay və Ştefan De Almeyda isə yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

source link Qrupun digər görüşündə “Arsenal” doğma meydanda Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.

get link Üç turdan sonra E qrupuna 9 xalla “Arsenal” liderlik edir. “Sportinq”in 6, “Vorskla”nın 3 xalı var. Ağdam təmsilçisi qrupda keçirdiyi hər üç görüşdə uduzub.

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib: “Çox istərdik ki, 4-cü oyunumuzda yaxşı nəticə əldə edək. Buna yaxşı oyunla nail olmaq istərdik. Çətin olacaq. Çünki “Vorskla” öz meydanında çox güclü oynayır. Futbolçuları maksimum dərəcədə matça hazırlamışıq. İnanıram ki, uşaqlar bütün gücləri ilə mübarizə aparacaq. Oyunun gedişində hamımız diqqətli olmalıyıq. Matçın gedişində bir çox dəyişikliklər ola bilər. Buna hazırlıqlı olmalıyıq”.

 

click Daha sonra futbolçumuz Qara Qarayev də öyun haqda danışıb:

 

“Uğur qazanmaq üçün heç bir maneə yoxdur. Ev oyunundan sonra rəqib barədə bu sözləri demək olar ki, yaxşı nəticə qazanmağı bacarırlar. Amma baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, daha yaxşı nəticə əldə edə bilərik”