Bayraq elə bir müqəddəs dəyərdir ki…

0

go site Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram  etdirilir. Tədbirlər silsiləsinə daxil olan rəsm və əl işləri sərgisi bayram iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sərgidə  biri- birinidən məzmunlu əsərlər nümayiş olunub. Eyni zamanda sərgi iştirakçılarına monitor vasitəsilə Dövlət Bayrağı tarixindən bəhs edən videoçarx təqdim olunub.

Nəhayət,  tədbirlərin zirvə nöqtəsi olan “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli mənəvi sərvətlərindəndir” adlı elmi nəzəri konfransda bir araya gələn  kollektiv üzvləri  vətənpərvər müzakirələrin fəal iştirakçısına çevrilib.

enter site Konfrans iştirakçılarını bayram münasibəti ilə təbrik edən kollecin direktoru, iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb. Ardınca dövlət rəmzlərinə ehtiram əlaməti olaraq o, Dövlət Himninin canlı ifa olunmasını təklif edib.  Sonra çıxışına davam edən ünlü elm adamı  Azərbaycan xalqının dövlətçilik tarixinə diqqət çəkərək  Azərbaycan Respublikasının  üçrəngli Dövlət Bayrağının şərəfli və keşməkəşli  mübarizə yolundan maraqlı faktlar açıqlayıb:

“Bu müqəddəs Bayraq  naminə minlərlə qəhrəman Azərbaycan övladı canını sipər edib, şəhidlik zirvəsinə yüksəlib. Yüzlərlə vətənpərvər insan həbslərə atılıb, yaxud doğma yurdundan kənarda yaşamağa məcbur edilib. Doğrudur, ötən əsrin əvvəllərində Azərbaycan Demokratik Cumhuriyyətinin  mövcud olduğu dönəm kimi, milli bayrağımızın da  daşıdığı rəsmi status uzun çəkməyib. Amma illər keçdikdən sonra  bayrağımız yenidən alovlanan xalq azadlıq mübarizəsinin əsas rəmzinə çevrildi. Bu mübarizə və xalqın iradəsi sayəsində  yenidən  əzəlki rəsmi  mövqeyinə qovuşdu. İlk dəfə bu hadisə Naxçıvan Muxtar Respublikasında baş verdi. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi bir vaxtda təşəbbüs irəli sürərərk üçrəngli bayrağın  respublikanın rəsmi bayrağı statusu almasına nail oldu. Bu xalqımızın yeni dövlətçilik tarixində ən böyük uğurlardan biri kimi tarixləşdi. Növbəti mərhələdə isə artıq  o, ölkəmizin rəsmi bayrağı statusunu qazandı. Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyev də öz növbəsində  Azərbaycan Bayrağının malik olduğu mövqelərini daha da möhkəmləndirdi. Dövlət Bayrağı Meydanı yaradıldı, ölkənin hüdudlarından kənarda  dövlət rəmzlərinin təbliği üçün məqsədyönlü addımlar atıldı və  proses bu gün də davam etdirilir. Bayraq elə bir müqəddəs dəyərdir ki, ona sığınan göz yaşını saxlaya bilmir, onun naminə canından keçir, onunla bərabər özünü yenilməz hiss edir.Bu səbəbdən də  artıq  Dövlət Bayraqları  təkcə şəhərlərimizi, kəndlərimizi, yollarımızı deyil, həm də mənzillərimizi bəzəyir, həyatımızın ayrılmaz  dəyərli bir hissəsinə çevrilib”.

click Ardınca konfransın digər məruzəçiləri dinlənilib. Akademik məsləhətçi Günel İsmayılova, tələbələr  Sevinc Ağayeva və  Gülməkan Fətəliyeva müvafiq olaraq   “Azərbaycanın  Dövlət Bayrağı xalqımızın  milli-mənəvi sərvətlərindəndir”,  “Bayrağımız qürur mənbəyimizdir” və “Bayrağımız müstəqilliyimizin və milli mənsubiyyətimizin rəmzidir” mövzularında məzmunlu və əhatəli çıxışlar ediblər.

go here Konfrans  Dövlət Bayrağı Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib. Kollec  tələbə özfəaliyyət qrupu  fəalları  musiqili bayram  proqramı ilə çıxış edərək iştirkçıların qəlbində xoş təəssüratlar oyadıb.

source Esmira Hidayətova, Mingəçevir.