Şagirdlər “Nur şəhərim Mingəçevir”dən söz açıblar

0

http://nonprofitrockstartour.com/porn-star-official-sites 2018-ci ilin noyabrın 11-də Mingəçevirə şəhər statusu verilməsinin 70-ci ildönümü tamam olacaq. Bu münasibətlə Mingəçevir şəhərinin bütün idarə, müəsissə, təşkilatlarında,  ali və orta ümumtəhsil məktəblərində tədbirlər keçirilir.

Tarixi günlərə və milli bayramlara xüsui diqqətlə və həssaslıqla yanaşan Mingəçevir 12 saylı məktəbin 2b sinifinin balaca fidanları da öz doğma şəhərlərinin ad günü münasibəti ilə “Nur şəhərim Mingəçevir”adlı tədbir keçiriblər.

Şagirdlər əvvəlcə himni oxuyublar. Daha sonra tədbirin balaca aparıcıları Mingəçevirin necə yaranması haqqında danışıblar.Mingəçevirlə bağlı şeirlər, nəqmələr söyləyiblər, şən rəqs nömrələri ilə tədbirə rəngarənglik qatıblar. Şagirdlər həmçinin şəhərin gəzməli, görməli yerlərinə də ekskursiya ediblər. Həmin ekskursiyanın görüntüləri video çarx vasitəsi ilə tədbir iştirakçılarına nümayiş olunub.

Şagirdlər bildiriblər ki, biz doğma şəhərimizi sevirik, çalışacağıq ki, gələcəkdə də şəhərimizin bu adını doğruldaq. Daha sonra balaca aparıcılar sözü tədbirin qonaqlarına veriblər. Tədbirdə qonaq qismində iştirak edən şəhər qurucularından  Mingəçevir veteranlar Şurasının sədri, qurucu Ələm Məmmədov çıxışında şagirdlərin hazırladığı bu tədbirə heyranlığını bildirib. Qeyd edib  ki, siz Mingəçevirin dünəni, bu günü haqqında yaxşı məlumata maliksiniz. Ələm Məmmədov da şagirdlərə öz keçmiş xatirələrindən danışıb.

Məktəbin direktoru Həqiqət Şahmuradova belə bir tədbir hazırladıqlarına görə sinifin məlliməsinə və şagirdlərə təşəkkürünü bildirib. Daha sonra 2b sinifinin müəlliməsi Məlahət Abdullayeva çıxış edərək bildirib ki, fəxr edirəm ki, ilk dəfə Mingəçevirin 40 yaşını da 2 ci siniflərlə qeyd etmişəm.Bu gün də 70 illik yubleyi yenə də 2-cilərlə qeyd edirəm.

Daha sonra Məlahət müəllimə şəhərin qurucularından İslam İslamzadənin, Züleyxa Həsənovanın, Sumbat Muradovun, Yusif Yusifovun, Vəli,Hüseynovun və başqalarının adlarını çəkərək qeyd edib bu qəhrəman insanlar şəhərimiz üçün can qoyublar, yaradıblar, bizlər üçün bu gözəl şəhəri salıblar.

here Tədbirin sonunda Zaqatala rayonunda Cu-Do güləşi üzrə Uşaq Gənclər İdman məktəbinin  açıq birinciliyində 3-cü yer tutduğuna görə Priyev Tunarı təbrik edib,diplomla mükafatlandırıblar.

click here

Tədbir qızların şən musiqi nömrələri ilə başa çatıb.

Esmira Hidayətova,Mingəçevir.