“Qalatasaray” uduzdu, “Barselona”…

0

watch Dünən Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Turun mərkəzi qarşılaşması İtaliyada oynanılıb. “Napoli” doğma meydanda PSG klubunu qəbul edib. Fransızlar birinci hissəsinin sonuncu dəqiqəsində Juan Bernatin sayəsində hesabda önə keçsə də, qarşılaşmanın 63-cü dəqiqəsində qapılarında qol görüblər. Lorenso İnsinya fərqlənib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

C qrupunun digər oyununda sensasiya qeydə alınıb. Turnirin son finalçısı “Liverpul” səfərdə “Crevena Zvezda”nin qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər maraq doğuran oyunu “İnter” və “Barselona” klubları arasında baş tutub. Bu oyunda hesab 83-cü dəqiqədə açılıb. Meydançaya yenicə daxil olmuş Malkom fərdi ustalığı sayəsində iki müdafiəçini geridə qoyaraq qapıya dəqiq zərbə vurub. Vurulan qoldan sonra irəli atılan meydan sahibləri matçın 88-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Mauro İkardi adını tabloya yazdırıb.

source url Gecənin maraqla gözlənilən matçlarından biri Almaniyada oynanılıb. Səfərdə “Şalke”nin qonağı olan “Qalatasaray” rəqibinə 0:2 hesabı ilə uduzub.

enter A qrupu

“Atletiko Madrid” (İspaniya) -“Borussiya Dortmund” (Almaniya) -2:0

“Monako”-“Brügge” – 0:4

enter site B qrupu

“Tottenhem” (İngiltərə) – PSV (Nideland) – 2:1

“İnter” (İtaliya) – “Barselona” (İspaniya) – 1:1

C qrupu

“Crevena Zvezda” (Serbiya) – “Liverpul” (İngiltərə) – 2:0

“Napoli” (İtaliya) – PSG (Fransa) – 1:1

D qrupu

“Porto” (Portuqaliya) – “Lokomotiv” (Rusiya) – 4:1

“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə) – 2:0.

Qeyd edək ki, dördüncü tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq.