Mingəçevir qurucuları o illərdən danışdılar

0

Su elektrik stansiyasının inşası ilə əlaqədar salınan Mingəçevir şəhərinin 70 yaşı tamam olur. Əsası 1945-ci ildə qoyulan, 1948-ci il noyabrın 11-də isə şəhər statusu verilən Mingəçevir zəhmətkeş insanların əməyi sayəsində gündən-günə inkişaf edərək qocaman bir şəhərə çevrilib. Hazırda respublikamızın iri sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhəri bugünkü görkəmi üçün onun təməlini qoyan və bu işdə fəal iştirak edən insanlara borcludur.

Bu günlərdə Mingəçevir bələdiyyəsi  şəhərin qurucularını, ziyalılarını çay süfrəsi arxasında dəyirmi masaya dəvət edib. Tədbirdə bələdiyyə sədri Coşqun Abdullayev 70 ildə Mingəçevir şəhərinin keçdiyi şərəfli inkişaf yolundan söz açıb. O deyib ki, Kür çayının mənzərəli sahilində yerləşən Mingəçevir Azərbaycan Respublikasını enerji tələbatını ödəyən bir şəhərdir. Onun sözlərinə görə, Mingəçevirə 1948-ci ildə şəhər statusu veriləndən sonra buraya yaşamaq üçün gələnlərin sayı ildən-ilə artıb. Sənaye obyektlərinin inşası isə şəhərin ölkəmizin ən iri sənaye mərkəzlərindən birinə çevirilməsinə səbəb olub. 1950-ci ildən sonra burada əhalinin sayı xeyli çoxalıb. 70 il əvvəl bünövrəsi qoyulmuş bu şəhər çox qısa müddətdə ölkə sənayesinin inkişafına dəyərli töhfələr verib. Bu illər ərzində şəhər gündən-günə böyüyüb, ilbəil dəyişib və insanların əməyi sayəsində qocaman bir şəhər olub.

go site

Şəhərin qurucularından Qəşəm İsmayılov, Tahir Məmmədov, Sevindik Zamanov, Nəsib Bayramoğlu, Ələm Məmmədov, Mingəçevirin tarixi barədə arxiv materialları əsasında əsərlər yazmış yazıçı Pənah Qurbanov və digərləri bu şəhərlə bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər biliriblər ki,  Azərbaycanın müxtəlif şəhər və rayonlarından Mingəçevir Su Elektrik Stansiyasının inşası işlərinə 20 minədək insan cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri Mingəçevirə, postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bu şəhərin formalaşmasında qurucu İslam İslamzadənin əməyi böyük olub. Bildirilib ki, “Nur şəhəri”nin böyük sənaye və energetika şəhərinə çevrilməsində ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır.

source link Esmira Hidayətova, Mingəçevir

go