İxracatda çəkisi artan ənənəvi sahələr…

0

go to site 2018-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəmiz 14,3 milyard dollarlıq mal ixrac edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac 1 milyard 207 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz (138 milyon dollar) artım deməkdir. Təkcə bir faktı qeyd edək ki, ümumiyyətlə, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 342 milyon 521 min ABŞ dolları dəyərində 366 min 978 ton meyvə-tərəvəz ixrac edib.

enter site Hazırda aqrar sektorda istehsal edilən məhsullarımızın çox hissəsi Rusiya bazarlarında satılır. Belə ki, cari ildə  Rusiyaya 402,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bu il sentyabrın 27-də Azərbaycan-Rusiya Regionlararası Forumunda bildirildi ki, ötən il ölkəmizdən şimal qonşumuza ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi 12 faiz artıb. Bu, yarım milyard dollarlıq məhsul deməkdir. Cari ilin sonunadək isə bu göstəricinin daha yüksək olacağı proqnozlaşdırılır. Göründüyü kimi, ölkəmizin ixracının artmasında qeyri-neft məhsullarının ixracı artıq öz sözünü deməkdədir. İqtisadçıların fikrincə, bu, hər şeydən əvvəl, respublikamızda aqrar sektorda aparılan islahatların, eləcə də müasir tələblərə cavab verən müəssisələrin yaradılmasının məntiqi nəticəsidir.

http://aefsupply.com/amateur-roxy Son vaxtlar məhsul istehsalının artımında əsas faktorlardan biri də ənənəvi sahələrin – pambıqçılığın, tütünçülüyün, baramaçılığın, üzümçülüyün, fındıqçılığın dirçəldilməsidir. Artıq ixracatda bu növ məhsulların çəkisi də ildən-ilə artır. Məsələn, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 9 ayında pambıq lifinin ixracı 2,3 dəfə (62.7 milyon dollar), pambıq ipliyinin ixracı isə 37.8 faiz (17 milyon dollar) artıb. Bu fikri üzümçülüyə da şamil etmək olar. Statistikaya əsasən, 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin eyni dövründə mühüm məhsul növlərindən  təbii üzüm şərabları və üzüm məmulatları 2 dəfə artıb. Belə ki, bu dönəmdə Azərbaycan 3 mln. 993,67 min dollar dəyərində 318,18 min dekalitr şərab və üzüm şirəsi ixrac edib.

see url İqtisadçı Vüqar Bayramov “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin başlıca prioritetlərindən hesab olunur: “Elə bu səbədən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına da üstünlük verilir. Şübhəsiz, sözügedən sahələrin inkişafında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları əhəmiyyətli rol oynayır. Bir zamanlar diqqətdən kənarda qalmış sahələrə diqqətin artması ixracımız üçün yeni üfüqlər də vəd edir. Yəni ənənəvi sahələrin bərpası ixracatımızda getdikcə öz çəkisini artırmaqdadır. Yeri gəlmişkən Prezident İlham Əliyevin oktyabrın 28-də açılışını etdiyi Qax “Ulu Aqro” aqroparkında ölkəmizin kənd təsərrüfatına verilən dəstək və onun müsbət nəticələri barədə danışarkən demişdir: “Əminəm ki, kənd təsərrüfatının sürətli inkişafı, subsidiyaların verilməsi, fermerlərin texnika ilə təchiz edilməsi, yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, üstəgəl bu sahədə ciddi islahatların aparılması yaxın gələcəkdə öz müsbət nəticələrini verəcək”. Bəli, artıq görülən işlər öz bəhrəsini verməkdə və ixrac potensialımız genişlənməkdədir”.

İqtisadçı, həmçinin bu kimi məhsulların ixracatının artmasında “Made in Azerbaijan” brendi altında həyata keçirilən tədbirlərin – sərgilərin, ticarət evlərinin təşkilinin də önəmli rol oynadığını vurğuladı.

go to link Qeyd edək ki, bu günlərdə  dünyanın 109 ölkəsindən 7 mindən çox şirkətin iştirakı ilə Fransanın Paris şəhərində keçirilmiş “Sial Paris” beynəlxalq ərzaq sərgisi çərçivəsində Azərbaycanın “A Co” şirkətinin şərab və digər spirtli içkilərinin Norveçə, “Göygöl şərab zavodu”nun məhsullarının ABŞ, Komboca və Çinə ixracına dair ilkin  razılıq əldə edilib. “Aznar” və “Agro-Azerinvest” şirkətinin məhsullarının Braziliya, Ukrayna və Almaniyaya, “Tovuz Baltiya” şirkəti isə Yaponiya, İtaliya, Çin, Rumıniya, Komboca şirkətləri ilə məhsullarının ixracına dair danışıqlar aparıb. Bununla yanaşı, Azərbaycanın “Mars-FK” şirkəti Fransaya 36 ton,  Cibutiyə 18 ton, Polşaya həftədə 18 ton, “Kaslar” şirkəti isə Polşaya 40 ton fındıq ləpəsinin ixracına dair razılıq əldə edib. Bundan başqa, Azərbaycanın “Eco-Dry” şirkəti ilə Cibutinin “Al-Camil” şirkəti arasında alma ixracına dair sazişin imzalanması barədə razılığa gəlinib. Meyvə-tərəvəz istehsalı ilə məşğul olan “Azərstar” şirkəti öz məhsullarının Rusiya, İtaliya və Fransaya, “AZ-Granata” şirkəti isə İsrailə, ABŞ-a nar şirəsi, İspaniyaya nar şərabı ixracına dair razılıq əldə ediblər.

Bütün bunlar  isə o deməkdir ki, Azərbaycanın ənənəvi sahələrinin məhsulları da dünya miqyasında öz layiqli yerini tutmaqdadır.

here go site Qvami Məhəbbətoğlu, “İki sahil”