Qaşıqçı cinayətində yeni məlumat: kameralara da müdaxilə etməyə çalışıblar

0

go to link Oktyabrın 2-də Ər-Riyaddan gəlmiş 15 nəfərlik qrup tərəfindən Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı yeni məlumatlar üzə çıxıb. Belə ki, Səudiyyə Konsulluğunun əməkdaşları həmin gün təkcə konsulluğun təhlükəsizlik kamera sisteminin görüntüləri qeydə alan cihazları sökməyiblər. Onlar C. Qaşıqçının və onu öldürən şəxslərin konsulluğa girişini gizlətmək məqsədi ilə bir müddətdən sonra polis məntəqəsində yerləşən kameralara da müdaxilə etməyə çalışıblar. Belə ki, konsulluğun əməkdaşları oktyabrın 6-da polis məntəqəsində yerləşən təhlükəsizlik kameralarına nəzarət etmək bəhanəsi ilə oradakı kompüterin arxasına keçərək cihazı şifrələyiblər. Hərçənd polis oktyabrın 5-də həmin görüntüləri artıq ələ keçirmişdi. Görüntülər eyni cihazdan ikinci dəfə götürülmək istəniləndə DVR cihazının şifrələndiyi məlum olur. Buna baxmayaraq, təhlükəsizlik qüvvələri şifrəyi sındırıb görüntüləri əldə etməyə nail olub.