Gözdən-qulaqdan uzaq “Neftçi” – “Xəzər Lənkəran” duelinə doğru

0

go here  

follow link  

source site Milli komandaların iştirakına görə, Topaz Premyer Liqasında yaranmış qısamüddətli fasilə bu gün başa çatacaq. Çempionatın 5-ci turunun qarşılaşmaları 3 günə bölünüb. 2 oyun “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq ki, bunlar da AZAL – “Qarabağ” və “Bakı” – “Sumqayıt” görüşləridir. Bu turda əzəli rəqiblər “Neftçi” ilə “Xəzər Lənkəran” da qarşılaşacaqlar.

get link  

12 sentyabr

 

here 17:30 “Araz Naxçıvan” – “İnter”

free aisan porn pictures Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Füzuli Nəcəfov

Naxçıvan. Muxtar Respublika stadionu

Bir tərəfdə Premyer Liqanın debütantı və iddialılarla rəqabət aparmağa hazır olmayan “Araz Naxçıvan”, digər tərəfdə isə heç də pis formada olmayan və çempionluğa əsas namizədlər arasında göstərilən “İnter”. Bu, artıq kimin qarşılaşmanın favoriti olduğunu söyləmək üçün kifayət edir. Amma “bankirlər”in 3 xalı asanlıqla əldə edəcəyini düşünmək doğru olmaz. Çünki “Araz Naxçıvan” evdə özünü heç də autsayder kimi aparmır. İlk turda “Neftçi” üzərində qazanılan 3:0 hesablı qələbə yəqin ki, yadınızdadır. Bu oyun həm də iki güclü taktika məşqçisi kimi tanınan Əsgər Abdullayevlə Kaxaber Sxadadzenin dueli kimi xarakterizə edilməlidir. Təbii ki, əlindəki heyət zənginliyinə görə, gürcü mütəxəssis həmkarından üstündür.

 

13 sentyabr

 

17:30 “Neftçi” – “Xəzər Lənkəran”

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Mübariz Haşımov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim- inspektor: Əli Hüseynov

Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

“Tofiq Bəhramov” və “Baksell Arena” stadionlarının təmir olunması səbəbindən prinsipial rəqiblər bir qədər gözdən uzaqda, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qarşılaşacaqlar. Bildiyiniz kimi, AFFA İntizam Komitəsinin qərarına əsasən “Xəzər Lənkəran” sabahkı görüşdə azarkeş dəstəyindən məhrum olacaq. Bu, azmış kimi, qarşılaşma həm də canlı yayımlanmayacaq. Bütün bunlar isə “Neftçi” – “Xəzər Lənkəran” matçını sıradan bir oyuna çevirib. Artıq oyunöncəsi əvvəlki ab-hava, ajiotaj da yoxdur. Hər iki komanda çempionata uğursuz start götürsə də, getdikcə özünü toparlamağı bacardı. İlk qələbəsini ötən turda “İnter” üzərində qazanan cənublular bunu seriyaya çevirmək niyyətindədirlər. Sabahkı görüş “Neftçi”də bir nəfər üçün xüsusi önəm kəsb edir. Bu isə təbii ki, yeni baş məşqçi Arif Əsədovdur. “Neftçi”yə qayıtdıqdan sonra birinci rəsmi matçına çıxacaq Əsədov ilk dəfə Oğuz Çətinə rəqib olacaq. Əsədovlu “Neftçi”nin hansı taktika ilə meydana çıxacağı və necə çıxış edəcəyi də az maraq kəsb etmir. Yayda kapitanı olduğu “Neftçi”ni tərk edərək “Xəzər Lənkəran”la anlaşan Rəşad Sadiqov isə bu görüşə psixoloji cəhətdən hamıdan çox hazırlıqlı olmalıdır. Çünki Rəşad yerli azarkeşlərin təzyiqi ilə üzləşə bilər ki, buna da hazır olmalıdır.

 

19:00 “Simurq” – “Qəbələ”

Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Sərxan İsmayılov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim- inspektor: Əhmədağa Cabbarov

Zaqatala. Şəhər stadionu

Hər iki komandanın aktivində hazırda 6 xal var. Ancaq klubların düşərgəsindəki vəziyyətin eyni olduğunu söyləmək olmaz. “Simurq” 3 oyunda bu qədər xal toplayıbsa, “Qəbələ” bunu 4 matçda bacarıb. “Qəbələ”də qeyri-stabillik hələ də davam edir ki, bu da normal haldır. Çünki komanda, demək olar ki, sıfırdan quruldu və hələ çox az oyun keçirib. Elə bunun nəticəsidir ki, şimallılar gah qələbə qazanır, gah da məğlub olurlar. “Simurq” isə həmişə olduğu kimi, Zaqatalada yenə rəqiblərinə başağrısı olmaqda davam edir. Evdə ardıcıl olaraq AZAL və “Xəzər Lənkəran”a qalib gələn “Simurq” doğma azarkeşləri önündə hələ qol da buraxmayıb. “Qəbələ” o qədər də güclü olmayan “Araz Naxçıvan” və “Bakı”nı çətinliklə məğlub edibsə, deməli, öz meydanında qol belə buraxmayan “Simurq” bu qarşılaşmanın favoritidir. Ancaq belə oyunlarda istənilən nəticə qeydə alına bilər.

 

21:00 AZAL – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim- inspektor: Gülağa Cabarov

Bakı. “AZAL Arena”

Son çempion “Qarabağ”ın çempionata uğursuz start götürməsinin səbəbi təbii ki, Avrokubokdakı iştirakı idi. Ancaq etiraf edək ki, Averokuboka görə, Premyer Liqanın ilk 3 turunu qurban verməyə dəydi. Çünki “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanmağı bacardı. Ancaq bundan sonra daxili çempionata da diqqət ayırmaq mümkün olacaq. AZAL isə yayda heyətində ciddi dəyişikliklər etməsinə baxmayaraq, çempionata heç də pis başlamadı. Düzdür, oyunlar zamanı “təyyarəçilər”in hələ də çatışmazlıqlarının çox olduğu görünür. Ancaq Tərlan Əhmədovun komandası baxımlı oyun göstərməsə də, nəticə qazanmağı bacarır. “Qarabağ”a bu qarşılaşmada ən böyük problemi əksər futbolçularının milli komandalardan yeni dönmələri yarada bilər. Eyni zamanda süni örtüklü meydança amili də ağdamlıları çətinliyə sala bilər. Belə meydançalarda zədələnmək riskinin çox olduğu hər kəsə məlumdur. Qurban Qurbanov da bunu nəzərə alaraq, bəzi aparıcı oyunçuları “Sent-Etyenn”lə matça saxlaya bilər.

 

14 sentyabr

 

17:30 “Bakı” – “Sumqayıt”

Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Hüseynli

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim- inspektor: Səfər Haşımov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

Çempionatın startından sonra “Bakı”da suların durulduğu güman edilsə də, vəziyyət yenə qarışıqdır. Çünki 8 aydır maaş almayan futbolçular artıq məşq çıxmaqdan da imtina edirlər. Yəqin ki, rəhbərlik komandanı “Sumqayıt”la matçda meydana çıxmağa razı sala biləcək. Ancaq belə əhvali-ruhiyyədə olan bir komandadan nə gözləmək olar? İlk 4 turun 2-də öz gücü ilə qələbə qazanan “Sumqayıt” liderliyini ən azı daha bir tur davam etdirə bilər. Bunun üçün isə ağır günlərini keçirən “Bakı”nı məğlub etmək lazımdır.

RUSLAN SADIQOV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here