Koreyada keçirilən təlimlərdə ölkəmizi İsa Qasımov təmsil edib

0

11-30 oktyabr 2018-ci il tarixlərində Koreya Respublikasının  Seul, Seongnam,  Sejong və Jeonju şəhərlərində keçirilən, “Yüksək səviyyəli Elm-Texnologiya-İnnovasiya Siyasəti və Strateji İnkişafı” (High Level STI (Science, Technology and Innovation) Policy and Strategy Development) adlı təlim proqramında, Bakı Mühəndislik Universiteti Texnoparkının direktor müavini dosent İsa Qasımov iştirak edib. “Yüksək səviyyəli Elm-Texnologiya-İnnovasiya Siyasəti və Strateji İnkişafı” təlim proqramı elmin kommersiyalaşdırılması və inkişafının planlaşdırılması, həmçinin bu istiqamətdə potensialın artırılması istiqamətində Koreya Respublikasının təcrübəsi və qazanılan uğurlu nəticələrin öyərnilməsi, eləcə də əyani şəkildə müşahidə eilməsinə həsr edilmişdi. Beynəlxalq xarakter daşıyan təlim proqramı nəzəri və praktiki hissələrdən ibarət idi. Belə ki, təlim proqramı əsas mövzunu ehtiva edən 16 fərqli seminar və 10-dan çox təcrübə turlarından ibarət idi. Bütün seminar və təcrübə turları ilə elm-texnologiya-innovasiya ekosisteminin formalaşdırılması və inkişafı sektorunda işləyən, o cümlədən qərar verən şəxslərin  yüksək səviyyədə ixtisaslaşmasına xidmət edən təlim proqramı maraqlı və səmərəli olub.

Qeyd edək ki, təlim proqramı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) sponsorluğu və Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) təşkilatçılığı ilə həyata keçirilib. İnkişaf etməkdə olan ölkələrdə elm-texnologiya-innovasiya ekosisteminin formalaşdırılması və inkişafına kömək xarakteri daşıyan təlimlərdə 8 ölkədən 11 nəfər iştirak edib.

source

Təlim proqramının tələblərinə uyğun olaraq, hər bir ölkənin nümayəndəsi təmsil etdiyi ölkə haqqında, eləcə də ölkənin elmi-texnoloji, həmçinin innovasiyalara əsaslanan inkşaf yolu və imkanları haqqında təqdimat da edilib. Bu təqdimatlar zamanı müxtəlif ölkələrin innovasiya ekosisteminin problemləri geniş müzakirə mövzusu olub. Əməkdaşımız İsa Qasımov tərəfindən edilən təqdimat da xüsusi marağa səbəb olub. Belə ki, Azərbaycanda innovasiya ekosisteminin qrulmasına özünəməxsus mövqe nümayiş etdirə bilən BMU nümunəsi ekspertlərin marağına səbəb olub. İstər sahibkar universitet modelinin qurulması, istərsə də ölkədə innovasiya ekosisteminin qurulması istiqamətində BMU-da görülən işlər koreyalı ekspertlərlə yanaşı, iştirakçı ölkələrin də marağına səbəb olub. Təlimlərin sonunda təqdim olunan fəaliyyət planına görə, STEPİ ilə BMU arasında daha geniş tərkibli layihənin başladılması müzakirə olunub və növbəti addımların atılması üçün müzakirələrin aparılması razılığı əldə edilib.

 

Təlim proqramı əsasında verilən seminarların materialları elektron və kitab halında bütün iştirakçılara təqdim olunub.

go to site Qeyd edək ki, təlimlər zamanı STEPİ-nin prezidenti cənab Hwang-Hee Cho ilə görüşən İsa Qasımov ona BMU-nun hədiyyəsini təqdim edib.

 

Xatırladaq ki, BMU Texnoparkının direktor müavini dosent İsa Qasımov elm-təhsil-texnologiya-innovasiya ekosisteminin formalaşdlırılması və inkişafı ilə bağlı xeyli sayda beynəlxalq təlimlərdə, o cümlədən Hindistanda keçirilən “İnnovasiya və Sahibkarlığın biznes inkubatorlarda inkişafı” beynəlxalq təlim proqramı (Hindistan Sahibkarlığın İnkişafı İnstitutu, 04 yanvar-12 fevral 2016-cı il) və  ABŞ-da keçirilən “Ali təhsil və gələcək karyera proqramında” da (28 yanvar – 18 fevral 2012-ci il) iştirak edib.