“Səbail” autsayderlə bacarmadı

0

Noyabrın 4-də Azərbaycan Premyer Liqasının 10-cü turunun növbəti oyularları keçirilib. Qəbələ şəhər stadionunda keçirilən oyunda “Qəbələ” və “Sabah” komandaları üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 5-ci dəqiqədə Ceyms Adeniyi açıb. Bundan 10 dəqiqə sonra isə Stiven Monroz “Qəbələ”nin ikinci qolunu vurub. “Sabah” təsəlli qoluna 52-ci dəqiqədə imza atıb. Bəxtiyar Soltanov fərqi azaltsa da, komandanın bundan artığına gücü çatmayıb.

Bu qələbə sayəsində xallarını 12-yə çatdıran “Qəbələ” 5-ci pilləyə yüksəlib. “Sabah” isə 16 xalla 3-cü pillədə qalıb.

“Zirə” – “Səbail” matçında isə hesab açılmayıb: 0:0

Qeyd edək ki, turun ilk oyun günündə “Neftçi” səfərdə “Keşlə”ni 1:0, “Qarabağ” evdə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.

source 4 noyabr (bazar)

go to site 19:00. “Zirə” – “Səbail” – 0:0
Qırmızı vərəqə: 
Şəhriyar Rəhimov, 60 (“Səbail”)
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Nahid Xasıyev
“Bakcell Arena”

go site 17:00. “Qəbələ” – “Sabah” – 2:1
Qol: 
Ceyms Adeneyi, 5 (1:0), Steven Monroz, 15 (2:0), Bəxtiyar Soltanov, 52 (2:1)
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov
Qəbələ şəhər stadionu

3 noyabr (şənbə)

follow site “Qarabağ” – “Sumqayıt” – 2:0
Qollar
: Simeon Slavçev, 25, Con Delarj, 57

follow url “Keşlə” – “Neftçi” – 0:1
Qol:
 Mirabdulla Abbasov, 2