Qeyri-neft sənayesinin yeni ünvanları

0

Bu ilin doqquz ayında sənaye istehsalı 2, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanda müasir sənayenin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirərək demişdir ki, bu göstərici ölkəmizdə aparılan sənayeləşmə siyasətinin nəticəsidir.

Hazırda həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, istehsal və emal müəssisələrinin yaradılması davam etdirilir. Mütəxəssislərin fikirlərini görə, sənayeləşmə prosesində müasir standartlara cavab verən sənaye parkları və məhəllələrinin yaradılması önəmli rol oynayır. Qeyd edək ki, bu il sənayemizdə böyük rol oynayan Sumqayıt Kimya Sənaye Parkının “SOCAR Polymer” polipropilen zavodunun açılışı çox əlamətdar hadisə kimi yaddaşlara həkk olunub. Yaxın vaxtlarda burada polietilen zavodu da fəaliyyətə başlayacaq. Artıq Cənubi Qafqazda ikinci böyük sənaye şəhərinə çevrilmiş Sumqayıtda  növbəti ildə daha bir neçə müəssisə işə salınacaq. İlin sonunda istifadəyə veriləcək Pirallahı Sənaye Parkındakı əczaçılıq və şpris istehsalı müəssisələri isə daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaqdır.

click Bir il öncə istifadəyə verilmiş Neftçala Sənaye Parkında  300-ə yaxın “Xəzər” markalı avtomobil istehsal olunub ki, onların çox hissəsi artıq satılıb. Mingəçevir Sənaye Parkında 750 nəfər insanın çalışdığı 2 böyük iplik fabriki işləyir. Bu müəssisələr bizim ixrac imkanlarımızı genişləndirib.

see Bu ilin sentyabr ayında Masallı Sənaye Məhəlləsinin birinci mərhələsi fəaliyyətə başlayıb. Bu müəssisənən açılış mərasimində iştirak edən ölkə başçısı İlham Əliyev demişdir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addımdır, həyat bunu göstərir. Hacıqabul Sənaye Məhəlləsində isə  tikinti işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Burada 7 layihənin icrası nəticəsində 870-dən çox yeni iş yerinin yaradılması gözlənilir. Məlumata görə, məhəllədə ağır maşınqayırma, xüsusi vaqonqayırma, tara, eləcə də avtomobil, tikinti materiallarının istehsalı avadanlıqları sahələri fəaliyyət göstərəcək. Sabirabad Sənaye Məhəlləsində isə işlərin  gələn il başa çatdırılması gözlənilir. Hazırda digər rayonlarda da yeni sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır. Bu isə o deməkdir ki, yaxın illər ölkəmizdə fəaliyyət göstərən sənaye məhəllələrinin sayı artaraq qeyri-neft sektorunda məhsul istehsalında önəmli rol oynayacaq.

watch Milli Məclisin deputatı Azər Badamov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu mənada regionlarımızı qeyri-neft sənayesinin yeni ünvanı kimi xarakterizə etmək olar: “Bu, həm də respublikamızın yeni sənayeləşmə dövrünə qədəm qoymasından xəbər verir. Şübhəsiz, sənaye parkları və məhəllələrinin bölgələrdə yaradılması rayonlarla paytaxt arasında fərqin minimuma endirilməsi ilə yanaşı, həm ölkənin ümumi inkişafını, həm də regionda yaşayan əhalinin məşğulluğunu təmin edir. Yeri gəlmişkən,  son 14 ildə ölkəmizdə 1,96 milyon yeni iş yerləri yaradılıb ki, bunun da 73,3 faizi daimi iş yerləridir. Bununla yanaşı, yeni yaradılmış iş yerlərinin 70 faizdən çoxu regionların, mütləq əksəriyyəti qeyri-neft sektorunun payına düşür.

source url Bundan əlavə, sənaye məhəllələri regionlarda kiçik və orta sahibkarlığın inkişafına, eləcə də yerli ehtiyatlardan səmərəli istifadə etməklə yeni sahələrin yaradılmasına, həmçinin inkişafına təkan verir. Məsələn, Mingəçevir Sənaye Parkındakı fabriklərdə qonşu rayonlarda istehsal edilən pambıq, yun və baramadan xammal kimi istifadə olunur. Bu da məhsulun maya dəyərini aşağı salır. Bir sözlə, bu müəssisələr gələcəkdə bizə böyük xeyir gətirməklə yanaşı, ölkəmizin dayanıqlı inkişafını da təmin etməkdə mühüm rol oynayacaq”.

click here Azər Badamovun fikrincə, Prezident İlham Əliyevin ölkəni neft amilindən asılılığını minimuma endirməyə hesablanmış belə islahatları həm də respublikamızın sənayeləşdirilməsini sürətləndirir: “İstər sənaye parkları, istərsə də sənaye məhəllələri ölkənin sənaye potensialını artırır. Sənayenin inkişafı isə cəmiyyətin inkişafını göstərir. Unutmayaq ki, bu və ya digər ölkənin gücü onun sənayesi ilə ölçülür”

source url Qvami Məhəbbətoğlu, “İki sahil”