Azərbaycanlı müğənni Adriano Çelentano ilə duet oxuyub

0
6

Ukraynanın paytaxtı Kiyevdə məşhur italyan müğənnisi və aktyoru Adriano Çelentano solo konsert proqramı ilə çıxış edib. Gənc azərbaycanlı ifaçı Vaqif Nağıyev onunla birgə duet oxuyub. Birgə oxunan duet tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. A.Çelentano V.Nağıyevin ifasından razı qaldığını söyləyib.

V.Nağıyev öz növbəsində Çelentano yaradıcılığının vurğunu olduğunu və onunla duet oxumasından şərəf duyduğunu bildirib.

Məlumata görə, V.Nağıyev Bakıda anadan olub. 3 yaşında Heydər Əliyev Sarayının səhnəsində, görkəmli bəstəkar Oqtay Zülfüqarovun ansamblının tərkibində çıxış edib. 9-cu sinfə qədər Bülbül adına Musiqi Texnikumunda təhsil alıb. Sonra Moskvada “Qnesinıx” adına kollecə təcrübə keçməyə göndərilib. Bakıya qayıtdıqdan sonra 63 saylı orta məktəbdə və Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində təhsil alıb. 2008-ci ildən prezident təqaüdçüsüdür. 2014-cü ildə isə “Ukraynanın səsi” yarışmasında iştirakı ilə yadda qalıb.