“Birinci məqsədimiz azarkeşləri tribunaya qaytarmaqdır”

0
”Neftçi”nin yeni təyin olunmuş baş məşqçisi Arif Əsədov komandasının hazırkı durumu, qarşıdakı hədəfləri və görəcəyi işlərlə bağlı müsahibə verib. Sözü çox uzatmadan keçək müsahibəyə.
– Başlayaq “Neftçi”yə təyinatınızdan. Bu komandadan ayrılanda heç düşünürdünüz ki, tezliklə buraya qayıdacaqsınız?

– Əlbəttə hər bir insan haradansa ayrılanda orada elə bir iz buraxmalıdır ki, gələcəkdə bir daha gəlmək imkanı olsun. Mən də düşünürəm ki, “Neftçi”dən gedəndə komandadan pis ayrılmamışdım, həm nəticə, həm də rəhbərliklə olan münasibət baxımından çox müsbət ayrılmışdım. Yadınızdadırsa demişdim ki, komandadan bütün futbolçularla səmimi şəkildə ayrıldım. Ayrılandan sonra da həmişə əlaqə saxlayırdıq. Ona görə də, içimdə belə bir hiss var idi ki, nə vaxtsa buraya qayıdacağam.

what should drink before sex – Üç il öncə ayrıldığınız “Neftçi” ilə indiki “Neftçi” arasında nə kimi oxşarlıqlar və fərqliliklər var?

follow site – Belə deyək, o vaxt da klub rəhbərliyi eyni idi, indidə. Rəhbərlik səviyyəsində qurulan iş və peşəkarlıq olduğu kimi qalıb. Klubun prezidentindən tutmuş, hər kəs öz işini layiqincə görür. Əlbəttə fərqli cəhətlər var, hələ yeniyəm, təzə-təzə görməyə başlayıram. Lakin mən açıqlamayacağam mənfi və müsbət cəhətləri. Düşünürəm ki, müsbətə doğru klub inkişaf edir.

voyeur porn taxi cam – Heyətdəki əksər oyunçular hələ 3 il əvvəl də sizin rəhbərliyiniz altında çıxış ediblər. Bunun sizə nə kimi köməkliyi olacaq?

– Əlbəttə olacaq. Bu çox gözəl amildir. O vaxt birlikdə işlədiyimiz futbolçularla daha rahat anlaşa biləcəyik. Bu, təcrübəli və legioner futbolçulara da aiddir. Həm də o vaxt gənc futbolçular ki var idi, yeni-yeni üzə çıxarmağa başlamışdıq. Həmin futbolçular indi yetərincə təcrübə qazanıblar.

– Böyükağa Hacıyevlə sizin oyun taktikanız tam fərqlidir. Üç ildir onun taktikasına öyrəşən komandaya öz üslubunuzu aşılamaq çətin olmayacaq?

go site – Hazırda radikal dəyişikliklər barədə düşünmürəm. Çünki buna ehtiyac yoxdur. Fərq ondadır ki, mənim vaxtımda olan futbolçuların keyfiyyəti tamam başqa idi, indikilərin keyfiyyəti başqadır. Bu, xüsusən legionerlərə aiddir. Hansı ki, oyun onların üzərində qurulub. Düşünürəm ki, bu gun nəsə dəyişiklik etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, struktur şəkildə həm müdafiə, həm də hücumda necə oynamaq lazımdırsa, onu aşılamağa çalışıram.

go here – Bu heyət tam ürəyinizcədir?

– Təbii ki, razıyam heyətdən. Düşünürəm ki, transferə hələ ehtiyac yoxdur. Komandada kifayət qədər yüksək səviyyəli yerli və əcnəbi futbolçular var. Bəzi mövqelərdə limitlə bağlı problem var. Onu da əlimizdə olan oyunçularla həll etməyə çalışacağıq.

get link – Qarşınıza hansı hədəflər qoyulub? Sizcə, çempionluq uğrunda mübarizə apara biləcəksinizmi?

– Ümumiyyətlə, “Neftçi”nin həmişə bir hədəfi olub. Biz həmişə yüksək yerlər üçün mübarizə aparırıq. Bundan başqa, klub prezidentinin mənim qarşımda qoyduğu hədəflərdən biri də daha çox yerli futbolçuları üzə çıxarmaqdır. İstər əsas, istərsə də əvəzedici heyətdə yerli futbolçular olmalıdır. Bundan əlavə, kənardan istedadlı gənc futbolçuları “Neftçi”yə cəlb etmək də əsas məqsədlərimizdən biridir.

– Bruno Bertuççi bir ara transferə çıxarılmışdı, ancaq siz təyin olunan kimi, rəhbərlik onunla bağlı fikrini dəyişdi. Bertuççinin qalmasını siz istədiniz?

– Yox, ümumiyyətlə, gələn gündən mənə belə bir şey deyilməyib ki, Bertuççi transferə çıxarılıb. Sadəcə olaraq, bu oyunçu zədə ilə bağlı öz ölkəsinə getmişdi. Zədəsi sağalandan sonra komandaya qayıtdı. Transferi ilə bağlı heç bir söhbət getməyib.

– Böyükağa Hacıyev Nikolas Kanalesin tam ideal vəziyyətdə olduğunu desə də, kənardan onun formada olmadığı və artıq çəkisinin olduğu görünürdü. Kanalesin hazırkı durumu necədir?

– Kanales bugünlərdə lazımi səviyyədə məşq edərək, istənilən formada olacaq. Çox ciddi məşqlərə başlayıb. Bundan əlavə, hər futbolçu ilə fərdi söhbətlərimiz də olur. Yaxın günlərdə görəcəksiniz ki, Kanalesin artıq çəkisi yoxdur.

– Yeni transfer Elnur Allahverdiyev sizin istəyinizlə alındı?

– Bəli, mənim istəyimlə alındı. Onu limit problemi ilə bağlı aldıq. Müdafiə xəttimizdə yerli futbolçu çatışmazlığı var. Buna görə də Elnuru aldıq.

– Müdafiənin sol cinahında Bertuççi və Elnur var. Hansına şans verəcəksiniz?

– İnanıram ki, hər ikisi əsas heyətin oyunçusu olacaq. Rəqabət olan yerdə keyfiyyət olacaq. Düşünürəm ki, bu rəqabət oyunçuların daha məsuliyyətli olmalarına gətirib çıxaracaq. Hansı daha yaxşı olacaqsa, o da oynayacaq.

– İlk oyununuzu prinsipial rəqib “Xəzər Lənkəran”a qarşı keçirəcəksiniz. Yəqin birinci matçınızı belə rəqiblə keçirmək istəməzdiniz…

– Axır-əvvəl “Xəzər Lənkəran”la oynamalıyıq. Fərqi yoxdur, ilk və ya son oyunda. Bu baxımdan bütün rəqiblərə eyni gözlə baxırıq. Əlbəttə bu derbi azarkeşlərin də, jurnalistlərin də gözlərində prinsipiallıq yaradıb.

– Sizcə, bu komandaların oyunları zamanı qonaq azarkeşlərin tribunaya buraxılmaması qərarı “Neftçi” – “Xəzər Lənkəran” matçlarına marağı azaltmaz?

– Hər bir oyunun gözəlliyi azarkeşlərin dəstəyidir. Təbii ki, belə hal oyuna yaxşı təsir etmir. Bu oyunlarda həmişə böyük ajiotaj olur. Belə qərar verilibsə, buna əməl etmək lazımdır. Hansısa səbəbləri var ki, bu qərarı veriblər. Düşünürəm ki, zaman keçdikcə bu məsələlər də öz yoluna qoyulacaq. Çünki AFFA prezidenti Rövnəq Abdullayev də ilk dəfə federasiyanın başına keçəndə demişdi ki, birinci məqsədimiz azarkeşləri tribunaya qaytarmaqdır. RASİM MƏMMƏDLİ

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here