Bu işdə də Yuli  Sezarın “əli” olub

0

Heç sual vermisinizmi ki, nəyə görə sevimli yay ayları hesab olunan iyul və avqust aylarında günlərin sayı bərabərdir? Axı digərləri növbələşmə ilə davam edir. Təkc fevral ayı ümumilikdə 28 gündən ibarətdir.

Biz qədim Romada tərtib olunan Qreqorian təqviminə əsasən yaşayırıq. Yuli Sezarın zamanında cüt aylar 30 gün, tək aylar isə 31 gün hesablanıb. Yuli Sezar öləndən sonra isə romalılar onun şərəfinə yay ayının ilkini İyul adlandırıblar.

go site 31 gündən ibarət olan avqust ayı isə imperator Oktavian Avqusutun şərəfinə həsr olunub. Beləliklə iyul ayından sonra avqust ayı gəlib. Məhz siyasi düşüncəyə əsasən, bu aylar 31 gündən ibarət olub.

Təqvimin tərtib olunması zamanı tənzimləmənin uyğun gəlməsi məqsədi ilə bəzi aylardan tarixlər çıxardılıb. Məsələn, fevral ayı 28 gündən ibarətdir. Yeri gəlmişkən bu işdə də Yuli  Sezarın “əli” olub. Belə ki, illik təqvim Yer planetinin Günəşin ətrafında dövr eləmə müddətinə uyğun gəlməsi üçün uzun il , yəni hər dörd ildən bir günlərinin sayı 366 gün olan il sistemi tətbiq olunub.

http://aefsupply.com/flashing-my-tits-in-glasgow

Nəyə görə fevral ayı zərər çəkib? İş burasındadır ki, Roma qanunlarına görə, il yanvar ayında deyil, bizdəki kimi mart ayında başlanıb. Buna görə də, fevral ilin son ayı hesab olunub. Elə bu səbəbdən fevral ayı ən qısa ay hesab olunur.