XIII Nar bayramı sürprizlərlə zəngin olacaq

0

source url Bu gün Göyçayda XIII Nar bayramı başlayır. Artıq ölkəmizdə meyvəçiliyin inkişafında mühüm rolu olan Göyçay rayonunda ənənəyə çevrilən bu gözəl tədbir şəhərin Heydər Əliyev parkında və prospektində, habelə şahmat və musiqi məktəblərinin qarşısındakı park və küçələrdə təşkil olunacaq. Bu barədə “İki sahil” qəzetinə Göycay Rayon İcra Hakimiyyəti Aparatının mətbuat katibi Anar Nağıyev məlumat verdi.

go here O bildirdi ki, dünyanın bir sıra dövlətlərinin, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələrinin, eləcə də Milli Məclisin deputatlarının, ətraf rayonların icra hakimiyyətlərinin başçılarının, yerli və xarici iş adamlarının iştirak edəcəkləri tədbirdə qonaqlar nardan hazırlanmış məmulatlarla tanış olacaq, onların dadına baxacaqlar: “Rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram iştirakçılarına xoş ovqat bəxş etməyə çalışacaqlar. İki gün davam edəcək və sürprizlərlə zəngi olacaq bayram tədbiri ölkənin tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq”.

follow Anar Nağıyev vurğuladı ki, belə tədbirlər Göyçay narının dünya miqyasında tanınmasında, həmçinin beynəlxalq bazarlarda satışının artmasında mühüm rol oynayır: “Yəni ixrac sahəsində aparılan uğurlu siyasətimizlə yanaşı, bu faktor da öz sözünü deyir. Elə bunun nəticəsidir ki, ildən-ilə Göyçay narına tələbat artır. Zənnimcə, öz dadı, tamı, növlərinin sayı və keyfiyyətinə görə seçilən narımızın müalicəvi xüsusiyyətləri də  onun istehlak səviyyəsinin yüksəlməsinə təsir edir. Bir faktı deyim: nar və onun qabığından 20-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Üstəlik, nar qabığı və toxumları kosmetoloji və əczaçılıq istehsalında xammal hesab edilir. Məhz bunları nəzərə alaraq, ölkəmizdə keçirilən  Birinci Avropa Oyunlarının əsas simvollarından biri kimi narın seçilməsini  heç də təsadüfi saymaq olmaz.

Yeri gəlmişkən, qeyd edim ki, dünən rayonda XIII Nar bayramı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının və  Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Nar bitkisi və məhsullarının multidissiplinar tədqiqi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən respublika elmi-praktik konfransda bir daha vurğulanıb ki, nar dünyanın bir sıra ölkələrində becərilsə də, respublikamızda onun bütün sortlarını yetişdirmək mümkündür. Bu isə o deməkdir ki, xalqımız tərəfindən zənginlik bolluq və məhsuldarlıq rəmzi sayılaraq “meyvələrin şahı” adlandırılan bu ecazkar nemətin bütün sortlarının tək sahibiyik. Dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən narımız bu gün artıq Göyçayın sinoniminə çevrilib”.

Anar Nağıyev, həmçinin qeyd etdi ki, rayonda nar emalı ilə bağlı  problem yoxdur. Belə ki, hazırda Göyçayda 3 emal müəssisəsi fəaliyyət göstərir.

“Aznar” zavodunun əməkdaşı Vüqar Muradov isə “İki sahil”ə açıqlamasında narın respublikamızın kənd təsərrüfatında istehsal olunan məhsullar arasında ən perspektivli ixrac potensialına malik olduğunu bildirdi. Belə ki, nar və ondan hazırlanmış məhsulların ilin bütün fəsillərində istənilən xarici bazarda real alıcısı olur: “Bu gün bizim müəssisədə istehsal olunan nar məhsulları dünyanın 28 ölkəsinə (ABŞ, Kanada, Rusiya, Polşa, Almaniya, İsrail, Ukrayna, Rusiya, Türkiyə, Meksika, Kanada, Almaniya, Polşa, Qazaxıstan, Malayziya, İndoneziya, Norveç və başqa ölkələrə) ixrac olunur. Zavodda tullantısız nar emalı üçün yeni texnologiya tətbiq edilib. Nəticədə narın qabığından tanin maddəsi, tumundan isə yüksək dərəcəli yağ əldə etmişik. Zavodda heç bir qatqısı olmadan təbii yolla hazırlanan nar şirələri indiyədək müxtəlif ölkələrdə keçirilən beynəlxalq qida məhsulları sərgisində 5 qızıl medal qazanıb.

Müəssisəmiz yeniliklərə imza atmaqda davam edir. Belə ki, XIII Nar bayramı çərçivəsində, daha doğrusu, noyabrın 3-də zavodumuzda nar çaxırı sexinin də açılışı olacaq. Məncə, bu, XIII Nar bayramına yeni bir rəng qatacaq. Qeyd edim ki, Rusiya, Almaniya, Ukrayna, Çexiya bu məhsulun ilk alıcıları siyahısındadırlar”.

V. Muradov, həmçinin bildirdi ki, ötən il zavod 2.500 ton nar məhsulları ixrac edib: “Cari ildə bu göstəricini 3.500 tona çatdırmaq niyyətindəyik. Ümidvaram ki, buna nail olacağıq. Onu da deyim ki, hazırda rayonda 5 min hektara yaxın nar bağı var. Bu il intensiv metodlara əsaslanən daha min hektar yeni bağlar salınıb”.

Qvami Məhəbbətoğlu, “İki sahil