“Reketlər”, şərəfli media tariximizə ləkə gətirənlər…

0
5

Ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür imkanlar mövcuddur. Buna baxmayaraq, media məkanında hələ də şantaj, qarayaxma kampaniyası ilə nəyəsə nail olmağa çalışanlar var. Bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimovun saxlanılması bunu bir daha təsdiqləyir. Bu isə “reket” jurnalistika”ya qarşı mübarizəni daha da aktuallaşdırır. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz mətbuat aləminin, sözün həqiqı mənasında, cəfakeşləri media adına ləkə yaxan şəxslərə qarşı mübarizəni dəstəklədiklərini bildirdilər.

Media üzrə ekspert, Əməkdar jurnalist Məsaim Abdullayev “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş mətbuatımızın öz yolu, ənənəsi var. Yalan, böhtan və şantaj isə bu yola, bu ənənəyə yaddır, bu mənada mətbuatımız müqəddəsdir: “Odur ki, şəxsi maraqlar naminə kimlərsə hədə-qorxu gəlməklə  bu aləmi hörmətdən salmaq heç bir jurnalistə yaraşmaz. Bu, azad sözə, mətbuata yaraşmayan bir haldır. O ki qaldı konkret məsələyə… Belələri bir qayda olaraq Mətbuat Şurasına dəvət edilir, onlarla söhbətlər aparılır. Onlara mətbuatımıza xələl gətirən hallardan uzaq olmaları tövsiyə olunur. Bəziləri bu yoldan çəkilsələr də, bəziləri  “öz yollarına” davam edirlər. Yəni adlarını “jurnalist” qoyub “reket”liklə məşğul olurlar. “Reket”liklə məşğul olanların aqibəti isə heç də yaxşı olmur. Elə İkram Rəhimov da öz inadından dönmədi. Nəticədə həbs olundu. Hazırda haqqında araşdırma aparılan bu şəxs əgər Mətbuat Şurasından xəbərdarlıq aldığı zaman nəticə çıxarsaydı, şübhəsiz, bu duruma düşməzdi. Bu mənada onun Mətbuat Şurasını itiham etməsi absurddur. Təbii ki, kiminsə həbsə atılmasını istəməzdim. Amma o, özü bu yolu seçdi və əməllərinə görə qanun qarşısında cavab verməlidir. Bir sözlə, bir jurnalist kimi “reket jurnalistika”ya, daha doğrusu, insanların şəxsi həyatına müdaxilə edənlərə, onların şərəf və ləyaqətini alçaltmağa çalışanlara, böhtan yağdıranlara, bununla da  mənəvi terrora düçar edənlərə qarşı atılan hər bir addımı dəstəkləyirəm. Həm də əminəm ki, belə addımlar “reket” jurnalistikanın axırına çıxacaq”.

Qubada nəşr olunan “Şəfəq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qəhrəman Qasımov da “rekert” jurnalistikanı cəmiyyət üçün bəla hesab edir: “Rayon yerlərində camaatın əksəriyyəti bir-birini tanıyır. Elə bu səbəbdən belə məkanlarda, əgər belə demək mümkünsə, yerli “reket” jurnalistlərə rast gəlmək mümkün deyil. Çünki onlar tez bir zamanda ifşa olunacaqlarından qorxurlar. Rayonlarda paytaxtdan gələn “reket” jurnalistlər, sözün həqiqi mənasında, meydan sulayırlar. Belələri öz səviyyəsiz hərəkətləri ilə, daha doğrusu, sanki pul qazanmağın əlverişli yolunu tapmış kimi, idarə və müəssisə rəhbərlərinə, iş adamlarına hədə-qorxu gəlməklə, istədikləri məbləği verməyənləri rüsvay edəcəklərini bildirməklə, bir sözlə, dilənməklə həqiqi jurnalistlərin də imicinə xələl gətirirlər. Yəni “reket” jurnalistlər “jurnalist” adı altında tamamilə jurnalistikadan uzaq olan işlərlə məşğuldurlar. Mənim aləmimdə  belələri vətəndaşları mənəvi cəhətdən zədələyən, hədə yolu ilə pul qoparmağa çalışan saxtakarlardır, bədii şəkildə desək, alaq otlarıdır. Mənə elə gəlir ki, onlar mətbuat aləmində yaradılmış imkanlardan sui-istifadə edirlər”.

Müsahibimiz daha sonra bildirdi ki, belələri ilə mübarizə daha amansız olmalıdır: “Çünki şərəfli bir yol keçmiş mediamızı ləkələməyə heç kimin haqqı yoxdur. İkinci bir tərəfdən, şəxsən mən öz sıralarımızda belələrini əsla görmək istəmirəm. İnanıram ki, reketçilik fikrinə düşən “jurnalistlər” həmkarlarının aqibətindən ibrət götürəcək, yalan və böhtana son qoyacaq, jurnalistikanı alver mənbəyinə çevirməkdən əl çəkəcəklər. Bu minvalla da siralarımız İkramlardan təmizlənəcək və mən də hər yerdə daha qürurla: “Bəli, mən jurnalistəm” deyə biləcəyəm. Bir məsələni də vurğulamaq istərdim. Artıq bu, bir faktdır ki, “reket” jurnalistikadan əziyyət çəkirik. Hesab edirəm ki, Mətbuat Şurasının hüquqi statusunun artırılmasına da böyük ehtiyac var. Yəni, belə hallara qarşı mübarizə daha da gücləndirilməlidir”.

Qvami Məhəbbətoğlu, “İki sahi