Badamdarda çatların ölçüsü nisbətən artıb

0
111

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah üzvlərinin Badamdar sürüşmə zonasında apardıqları monitorinqin saat 10:00-a olan nəticəsi açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması və süxur qırıntılarının yamac boyu yerdəyişməsi qeydə alınıb. Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.