Fransa separatçıların nazı ilə oynamaqda davam edir

0

watch Bu günlərdə Fransanın bir neçə bölgəsinin (Alforvil, Valas, Sent-Etyen, Arnuvil) bələdiyyə başçıları Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə səfərlər ediblər. Onlar bu səfərləri çərçivəsində qondarma rejimin “rəsmiləri” ilə əməkdaşlıq haqqında “bəyannaəmələr” də imzalayıblar. Siyasətçilərin fikrincə, bu qanunsuz səfərlər hər şeydən əvvəl Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin Fransa tərəfindən dəstəklənməsi anlamına gəlir.

illinois offender registry sex state Həqiqətən də, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin rəsmilərinin belə addımları əsla başadüşülən deyil. Doğrudur, Fransa Dağlıq Qarabağdakı qondarma separatçı rejimi tanımaması barədə açıqlama verib. Elə isə belə bir sual ortaya çıxır? Niyə Fransa beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də ölkəmizin maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmır? Üstəlik, Fransa qanunvericiliyinə görə, bələdiyyə rəhbərlərinin, şəhər merlərinin belə addımlar atması qanun pozuntusu sayılır. Amma nədənsə rəsmi Paris başı üzərindən iş görənlərə, öz qanunlarına hörmətlə yanaşmayanlara güldən ağır söz demir. Halbuki bir normal dövlət kimi Fransa təmsilçilərinin hərəkətlərinə görə məsuliyyət daşımalı və qanunu pozan vətəndaşları barədə tədbir görməli idi. Bu isə o deməkdir ki, Fransa ermənilərin xatirinə heç öz qanunlarına da məhəl qoymaq istəmir.

Digər tərəfdən, dünyanın “böyük yeddi”lərindən biri sayılan Fransa indiyədək BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Dağlıq Qarabağ problemi ilə bağlı qəbul edilmiş müvafiq sənədlər əsasında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını da əsla tələb etməyib. Bu məsələdən söz düşəndə  də sadəcə, digər ölkələr kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləməklə kifayətlənir. Halbuki bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü, həm də ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərdən biri kimi  konkret mövqe ortaya qoymağa daha çox imkanı var. Amma o, bunların heç birindən Azərbaycan, daha doğrusu, həqiqət naminə yararlanmaq istəmir. Bununla da öz nüfuzuna, əgər belə demək mümkündürsə, kölgə salır.

Bir sözlə, görünən budur ki, Fransa bu məsələdə öz ermənipərəst mövqeyini sərgiləməkdədir. Bütün bunlar isə bir daha onu göstərir ki, Fransanın ikitərəfli əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində tutduğu mövqeyi səmimi deyil. Yəni Fransa nədənsə ədalət və beynəlxalq hüquq prizmasından çıxış edən Azərbaycanın heç vaxt işğalla barışmayacağına inanmaq istəmir.

Son iki ayda erməni diasporu da Fransada çox fəallaşıb. Elə bunun nəticəsində onlar Fransanın 11 şəhərində “Fransada Artsax günləri” adlı tədbirlər keçirməyə və öz yalanlarının ayaq tutub yeriməsinə nail olublar. Üstəlik, həmin tədbirlərdə demokratiya pərdəsinə bürünərək terrora və zorakılığa çağıran bəyanatlarla çıxışlar da ediblər. Lakin Fransa hökuməti bu bədniyyətli şəxslərin də fəaliyyətinin qarşısını almaq üçün heç bir hüquqi tədbir görmür. Təbii ki, bütün bunlar rəsmi Parisin bir daha onlara Azərbaycan əleyhinə meydan verməsindən xəbər verir.

Siyasətçilərin fikrincə, belə bir vəziyyət yüksək səviyyədə siyasi, iqtisadi və mədəni əlaqələri olan Azərbaycan-Fransa münasibətlərinə sirayət etməyə bilməz. Belə ki, bu münasibətlərdə çatlar yarana bilər. Şübhəsiz, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edənlərin məqsədi də elə bundan ibarətdir. Burada bir məsələni də vurğulamaq yerinə düşərdi. Hazırda ölkəmizdə müxtəlif sektorlarda fəaliyyət göstərən 50-dən çox fransız şirkəti var. Amma nədənsə onlar bu kimi haqsızlıqlarla bağlı mənsub olduqları dövlətlərinə öz etirazlarını belə bildirmirlər. Amma bəzi siyasətçilərin fikrincə, Fransa Azərbaycana münasibətdə bu cür mövqeyini sərgiləməkdə davam etdirsə, Azərbaycan hökuməti Fransa şirkətləri ilə əməkdaşlığa yenidən baxa bilər.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu isə “İki sahil”ə açıqlamasında bildirdi ki,  Fransanın belə bir addımı, ümumiyyətlə, həmsədr ölkəyə yaraşmayan hərəkətdir: “Təəssüf ki, Fransa belə həssas məsələlərə diqqət yetirmir.  Bu, həm də böyük dövlətlərin separatçıların nazı ilə oynamasından xəbər verir. Dağlıq Qarabağ probleminin həlli də elə bu kimi səbəblərdən uzanır. Mənim fikrimcə, biz də xarici ölkələrdə, xüsusilə Fransada fəallaşmalı, Azərbaycan həqiqətlərini daha geniş təbliğ etməliyik. Bununla həm də Azərbaycan Xarici İşlər Nazirliyinin bu səfərlərlə bağlı Fransaya göndərdiyi notanı dəstəkləmiş olardı”.

source link Qvami Məhəbbətoğlu, “İki sahil”

 

http://aefsupply.com/sex-meat-holes