“Qarabağ” “Neftçi”yə uduzdu

0

Bu gün Topaz Premyer Liqada 9-cu tura yekun vurulub.

Son oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında “Səbail” autsayderlər qrupunda yer alan “Keşlə” ilə üz-üzə gəlib.

Turun mərkəzi görüşü isə “Bakcell Arena”da olub. Burada çempionatın lideri “Neftçi” ikinci pillədə qərarlaşan “Qarabağ”ı qəbul edib.

Bu komandalar arasında ilk dövrədə “Azersun Arena”dakı görüşdə qalib müəyyənləşməmişdi – 1:1.

Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib.

Topaz Premyer Liqası, 9-cu tur

go to link 28 oktyabr (bazar)

17:00. “Neftçi” – “Qarabağ” – 3:1
Qollar: 
Abbas Hüseynov, 10-avtoqol, (1:0), Mirabdulla Abbasov, 25 (2:0), Mahir Mədətov, 85 (2:1), Baqali Dabo, 88 (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
“Bakcell Arena”

go to site 15:00. “Səbail” – “Keşlə” – 2:1
Qollar:
 Yevgeni Koçuk, 24 (1:0), Fəhmin Muradbəyli, 29 (2:0), Denis Silva, 90+2 (2:1)
go to site Qırmızı vərəqə: Yevgeni Koçuk, 48-ikinci sarı vərəqə (“Səbail”)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
“Bayıl Arena”

go site 27 oktyabr

18:00. “Sumqayıt” – “Qəbələ” – 2:2

16:00. “Sabah” – “Zirə” – 2:1

N Klublar O Q H M T/F X
1 Neftçi 9 7 1 1 19-7 22
2 Qarabağ 8 5 1 2 14-10 16
3 Səbail 9 5 1 3 11-12 16
4 Sabah 9 5 1 3 8-9 16
5 Sumqayıt 9 3 2 4 10-11 11
6 Qəbələ 9 2 3 4 12-13 9
7 Keşlə 8 1 2 5 7-12 5
8 Zirə 9 1 1 7 7-16 4

Bombardirlər

Marko Deviç (“Sabah”) -5 qol
Baqali Dabo (“Neftçi”) – 5 qol
İnnosent Emeqara (“Qarabağ”) – 4 qol

qol.az