“Ərzaq məhsullarının tədarükü və təchizatı” satış-yarmarka təşkil edib

0
5

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Bakıda təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satış-yarmarkası (Hüseyn Cavid prospekti ilə kəsişmə, “Space” telekanalının yanı, 225 nömrəli məktəbin qarşısı) fəaliyyətə başlayıb.

Hər həftənin şənbə, bazar günləri fəaliyyət göstərəcək yarmarkada kiçik və orta fermerlərdən tədarük olunan 122 adda, 40 tondan artıq ekoloji təmiz məhsul satışa çıxarılıb. Məhsulların qiymətləri bazarlardakından 20 faiz ucuzdur. Alış-veriş edən paytaxt sakinləri qiymətlərin əlverişli olmasını bildiriblər.

Gələcəkdə yarmarkanın gündəlik fəaliyyət göstərməsi nəzərdə tutulub.

Səhmdar Cəmiyyət paytaxtın digər ərazilərində də satış yarmarkaların təşkil olunmasını planlaşdırır.