“Vorskla” “Qarabağ”ı məğlub etdi

0

UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyun qonaqların qələbəsi ilə başa çatıb. Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç topu “Qarabağ”ın qapısından keçirib – 0:1.

“Qarabağ”ın futbolçuları bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsalar da, bu imkanlardan istifadə edə bilməyiblər.

Turun gözlənilməz hesabı Türkiyədə qeydə alınıb. “İ” qrupunda yer alan “Beşiktaş” doğma meydanda Belçikanın “Genk” klubuna 2:4 hesabı ilə uduzub. Qrupun digər oyunuda “Malmö” səfərdə “Sarpsborg 08″la 1:1 hesabı ilə heç-heçə edib.

Digər Türkiyə təmsilçisi “Fənərbağça” isə səfərdə Belçikanın “Anderlext” klubu ilə heç-heçə edib (2:2). “D” qrupunun digər oyununda “Spartak Trnava” doğma meydanda “Dinamo Zaqreb”ə uduzub (1:2).

İspaniyanın “Sevilya” klubu Türkiyənin digər təmsilçisi “Akhisarspor”u 6:0 hesabı ilə darmadağın edib.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi “Astana” klubu səfərdə Çexiya “Yablonets”i heç-heçə edib –  1:1.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

go to link A qrupu

AEK (Kipr) – “Lüdoqorets” (Bolqarıstan) – 1:1

Sürix” (İsveçrə) – “Bayer” (Almaniya) – 3:2

B qrupu

“Leyptsiq” (Almaniya) – “Seltik” (Şotlandiya) – 2:0

“Zaltsburq” (Avstriya) – “Rusenborq” (Norveç) – 3:0

C qrupu

“Kopenhagen” (Danimarka) -“Slaviya” (Çexiya) – 0:1

“Zenit” (Rusiya) – “Bordo” (Fransa) – 2:1

E qrupu

“Qarabağ” (Azərbaycan) – “Vorskla” (Ukrayna) – 0:1

“Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə) – 0:1

F qrupu

“Milan” (İtaliya) – “Betis” (İspaniya) – 1:2

“Düdelanj” (Lüksemburq) – “Olimpiakos” (Yunanıstan) – 0:2

G qrupu

“Reyncers” (Şotlandiya) – “Spartak” (Rusiya) – 0:0

“Vilyarreal” (İspaniya) – “Rapid” (Avstriya) – 5:0

go site H qrupu

“Ayntraxt” (Almaniya) – “Apollon” (Kipr) – 2:0

“Marsel” (Fransa) – “Latsio” (İtaliya) – 1:3

enter site J qrupu

“Standard” (Belçika) – “Krasnodar” (Rusiya) – 2:1

K qrupu

“Renn” (Fransa) – “Dinamo” (Ukrayna) – 1:2

L qrupu

Çelsi” (İngiltərə) – BATE (Belarus) – 3:1

PAOK (Yunanıstan) – “Videoton” (Macarıstan) – 0:2