Əfqanıstan veteranları …döyüşməyə hazırdırlar

0
311

Mingəçevir şəhərindəki şəhid İlqar Kişiyevin adını daşıyan 17 saylı məktəbdə  Əfqanıstan veteranları  ilə  görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru  Rəsmiyyə Bəxşəliyeva qonaqları – Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir şöbəsinin  sədri Elşən İbrahimlini, Qarabağ və Əfqanıstan döyülərinin iştirakçıları –  Eynulla Əhədovu, Tərlan Osmanovu, Mahir Kərimovu və Natiq Kərimovu məktəblilərə təqdim edib. Tədbirdə həmçinin şəhid  İlqar Kişiyevin anasının iştirak etdiyi də vurğulanıb.

Daha sonra veteranlar keçdikləri döyüş yollarından söz açıblar. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir şöbəsinin  sədri Elşən İbrahimli ölkə rəhbərliyinin veteranlara göstərdiyi diqqət və qayğıdan da danışıb. O həmçinin bildirib ki, rəhbərlik etdiyi təşkilat yarandığı gündən gənclərdə hərbi vətənpərvərlik ruhunun aşılanması istiqamətində tədbirlər həyata keçirir. Elşən İbrahimli bu məqsədlə hərbi hissələrə, məktəblərə də tez-tez üz tutduqlarını vurğulayıb.

O bildirib ki,  7500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak edib. Onlardan 208 nəfəri hərbi əməliyatlarda həlak olub (onlardan 8-i Mingəçevirdəndir), 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb. 1400 nəfər azərbaycanlı isə isə mülkü işlərdə xidmət edib. Onun sözlərinə görə, Mingəçevirdə 154 Əfqanıstaqn müharibəsi veteranı var. Onlardan 6-sı əlildir.

Böyük döyüş təçrübəsinə malik olan 4500 nəfər Əfqanstan veteranları Azərbaycanın Milli Ordusunun yaranmasında xususi rolu olub və onların əksəriyyəti Dağlıq Qarabağ uğrunda yenidən əllərinə silah alaraq fədakarcasına döyüşüblər.  Bu döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə müxtəlif təltiflərlə mükafatlandırılıblar. O deyib ki, əgər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, onda keçmiş Əfqanstan döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda döyüşməyə hazırdırlar.

Tədbir çərçivəsində  Qarabağ döyüşlərində həlak olan əsgərlər haqqında çəkilən film də nümayiş olunub. Sonda Əfqanıstan müharibəsi veteranları haqqında çapdan çıxan jurnal məktəbin direktoruna hədiyyə edilib.

Esmira Hidayətova, Mingəçevir