Qarabağ qazisinin övladlarının arzusu

0
190

Mingəçevirin 1 saylı məktəbində iki qardaş oxuyur. Həbib  Həmidov 3-cü, Yadigar Həmidov isə 7-ci sinifdə oxuyur. Onların  ikisi də güləş idman növü ilə məşğul olur.  Onlar yarışlardan bir çox medal və diplomlar qazanıblar. Həbib respublika üzrə yeniyetmələr və uşaqlar arasında  keçirilən sərbəst güləş üzrə turnirdə birinci yerə çıxıb. Yadigar və Həbib   “Qafqaz-Arena”, ”Olimsport” un,  idman klublarının, ulu öndərin 95 illik yubleyi ilə bağlı yeniyetmə və gənclər arasında  keçirilən sərbəst güləş üzrə Qəbələ rayon açıq birinciliyində   öncül yerləri tutublar. Onların bu uğurlarını məktəb rəhbərliyi təşəkkürnamə ilə təltif edib.

Qeyd edək ki, bu balaca idmançılar Azərbaycanın vətənpərvər oğullarından biri olan Qarabağ qazisi, kəşfiyatçı İlham Həmidovun övladlarıdır. Gələcəkdə yaxşı idmançı olmaq arzusunda olan yeniyetmələr ataları kimi vətənpərvərdirlər. .  İdmançılar  gələcək yarışlarda bayrağımızı Qarabağ  torpaqlarında dalğalandırmaq arzusundadırlar.

Esmira Hidayətova, Mingəçevir