Qarşıdurmalar Ermənistanı hara aparır?

0

2008-ci ildə dinc aksiyanın dağıdılmasına, konstitusion quruluşun dəyişdirilməsinə cəhdə görə ittiham olunaraq həbs edilmiş və sonradan azadlığa buraxılmış sabiq prezident Robert Koçaryan  öz rəqibinə qarşı müqaviməti gücləndirmək niyyətindədir. Belə ki, Nikol Paşinyanın başçılıq etdiyi siyasi komandanı “komediya klubu” adlandıran, hazırda müxalifət cəbhəsində bir boşluq gördüyünü bəyan edən sabiq prezident öz partiyasını yaratmaq və daha aktiv siyasi mübarizəyə başlamaq fikrinə düşüb. 10 ildən çox aktiv siyasətdən uzaqlaşdırılmış Koçaryanın belə bir fikirə düşməsi, şübhəsiz, onun yenidən hakimiyyətə gəlmək istəyindən qaynaqlanır. Dediyinə görə, İrəvandakı mövcud vəziyyət onu bu prosesə cəlb edir. Buna rəğmən, Robert Koçaryan, həmçinin bildirib ki, dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmayacaq. O bunu vaxt məhdudluğu ucbatından real qüvvə formalaşdıra bilməyəcəyi ilə izah edib. Onun fikrincə, indiki hadisələr fonunda Nikol Paşinyan qalib gələcək.

http://aefsupply.com/american-women-cum

Bu isə Koçaryan-Paşinyan qarşıdurmasının yeni müstəviyə qədəm qoymasından xəbər verir. Bəzi şərhçilər Koçaryanın belə bir fikrə düşməsini rəsmi Moskva ilə əlaqələndirirlər. Guya Rusiya onu Ermənistanın rəhbəri kimi görmək istəyir. Əksəriyyət isə Koçaryanın bu iddiasının əsasında Nikol Paşinyandan qisas almaq dayandığını vurğulayır. Bildirirlər ki, Nikol Paşinyanın “Qarabağ klanı”na qarşı addımları müxalif cəbhənin tamamilə dağılmasına gətirib çıxarıb. Robert Koçaryan isə bunu həzm edə bilmir.

source url Amma politoloqların fikrincə, sabiq prezidentin yaradacağı partiyanın heç bir perspektivi yoxdur. Belə ki, erməni xalqı çox gözəl bilir ki, onun yenidən iqtidara gəlmək iddiası ölkəyə yaxşı heç nə vəd etmir. Çünki Levon Ter-Petrosyandan sonra “Qarabağ klanı” 4 dönəm hakimiyyətdə olub və bu müddətdə xalqı səfalətlərə düçar edib. Elə bu səbəbdən də bundan sonra Ermənistanda mövcud cəmiyyət Qarabağdan çıxan hər hansı bir siyasətçiyə çətin ki, etimad göstərsin, ona rəğbət bəsləsin. Görünür, Robert Koçaryan hakimiyyət uğrunda mübarizədə öz maliyyə imkanlarına arxalanır. Ancaq Nikol Paşinyanın populist çıxışları ilə xalqı ələ alması, çətinə düşən kimi kütləni meydanlara toplaması, başqa sözlə desək, “küçə texnologiyası”ndan məharətlə istifadə etməsi hazırda İrəvanda bu məsələdə maliyyənin o qədər də önəmli rol oynaya biləcəyi ehtimalını sıfıra endirir.

Nikol Paşinyana gəldikdə isə… O, beş aylıq idarəçiliyini əsasən özünün hakimiyyətdə möhkəmlənməsinə və özünə qarşı olanları aradan götürməyə sərf edib. Bu məsələdə o, artıq öz istəyinə çatıb. Lakin ölkədə xalqın güzəranının yaxşılaşdırılması istiqamətində heş bir addım atmayıb. Odur ki, hazırda Ermənistan problemlər gölündə üzməkdədir; yəni yoxsulluq pik həddə çatıb, iqtisadiyyat iflic olub. Nikol Paşinyan baş nazir olandan sonra ölkəni tərk edənlərin sayı daha da artıb. Lakin bunların heç birini vecinə belə almayan Paşinyan indi də özünü hakimiyyətə gətirmiş çevrilişi seçki yolu ilə legitimləşdirməkdədir. Amma bu da daha ciddi gərginliklərlə müşahidə olunmaqdadır.

Şübhəsiz, bu qarşıdurmalar, yaranmış vəziyyət Ermənistanda daxili situasiyanın istənilən halda nəzarətdən çıxmasına rəvac verəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”