Topaz Premyer Liqasının VIII turuna start verilir

0

Bu gün uzun sürən fasilədən sonra Topaz Premyer Liqasının növbəti turu start götürür. İki gün davam edəcək səkkizinci tura Qəbələ şəhər stadionunda başlanılacaq. Çempionatın birinci dövrəsini lider kimi tamamlayan “Neftçi” klubu “Qəbələ” komandasının qonağı olacaq. Oyunu Rəhim Həsənovun idarə edəcək.

“Azərsun Arena”da son çempion Ağdamın “Qarabağ” klubu “Səbail” komandasını qəbul edəcək. Qarşılaşma 19:00-da başlayacaq. Oyunun baş hakimi Rəvan Həmzəzadədir.

Turun iki qarşılaşması isə oktyabrın 21-də keçiriləcək. Günün ilk oyunu “Dalğa Arena” stadionunda saat 17:00-da reallaşacaq. “Sumqayıt” debütant “Sabah”ı qəbul edəcək.

Turun sonuncu oyununda “Zirə” səfərdə “Keşlə” klubunun qonağı olacaq. Əliyar Ağayevin idarə edəcəyi bu matç ASK arenada reallaşacaq.

Qeyd edək ki, yeddi turdan sonra aktivində 19 xalı olan “Neftçi” turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən Ağdamın “Qarabağ” klubu 16 xalla ikinci, 10 xalları olan “Sumqayıt” və “Sabah” isə üçüncü və dördüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq “Səbail” (8), “Zirə” (5), “Qəbələ” (5), və “Keşlə” (2) qərarlaşıb.