“Şəhər ərazisində niyə kəmər taxmalıyam?”

0

”Mən şəhər ərazisində təhlükəsizlik kəmərindən istifadə etmirəm”. Bu sözləri Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına piyadalara, eləcə də qaydaları pozan sürücülərə qarşı keçirilən növbəti reyddə qayda pozan sürücü deyib. Sürücü polis əməkdaşlarına israrla deyir ki, şəhər ərazisində niyə kəmər taxmalıyam? Sürücüyə yol polisi bölməsinin əməkdaşları qanunla müəyyən edilmiş qaydaları başa salıblar və onun bu hərəkətinə görə cərimə tətbiq ediblər.

 

Şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təşkil olunan reyd zamanı yolu müəyyən edilmiş yerlərdən kənar keçən piyadalar polis əməkdaşları tərəfindən saxlanılıb, onlara qarşı qanunla müəyyən edilmiş qaydada tədbirlər görülüb. Bundan başqa, reyd zamanı piyadalara piyada keçidlərində yol verməyən sürücülər də oldu. Həmin sürücülər haqqında protokol yazılıb, onlar inzibati məsuliyyətə cəlb ediliblər.

Qeyd edək ki,reyd zamanı yolu müəyyən olunmamış hissədən keçməyə çalışan 25 piyadaya protokol yazılıb. 10 sürücüyə piyadalara yol vermədiyi üçün, 20 sürücüyə isə təhlükəsizlik kəmərdən istifadə etmədiyi üçün inzibati protokollar tərtib edilib. 

Esmira Hidayətova, Mingəçevir