Çin pilotsuz nəqliyyat təyyarəsini sınaqdan keçirdi

0
19

Çinin hazırladığı dünyanın ən böyük pilotsuz nəqliyyat təyyarəsi ilk uçuş sınaqlarından uğurla keçib. TASS agentliyi  xəbər verir ki, təyyarə Baotou şəhərindəki sınaq poliqonundan havaya qalxıb.
“Feyxun 98” (“Uçan qu quşu 98”) Çinin “Yun 5B” nəqliyyat təyyarəsinin bazası əsasında layihələşdirilib və yaradılıb. “Feyxun 98” təyyarəsinin maksimum uçuç kütləsi təqribən 2,5 ton, yükgötürmə qabiliyyəti isə 1,5 ton təşkil edir. Təyyarə 4,5 min hündürlüyədək 180 km/saat kreyser sürəti ilə uça bilər.
“Feyxun 98” əlavə yanacaq doldurmadan 1,2 min kilometr məsafəni qət edə bilər. Təyyarə həm mülki, həm də hərbi təyinatlı yükləri daşımaq iqtidarındadır.