Balacalar Müstəqillik gününü belə qeyd etdilər

0
384

Bu gün Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbdə 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib.Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Dövlət bayrağı  zala gətiriləndən sonra  məktəbin direktoru Adil Kərimov əlamətdar tarixi gün haqqında şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.

Tədbirin aparıcıları 4b sinif şagirdləri Nuray Əliyeva və Seyidağa Rzayev digər çıxış edənləri təqdim ediblər. Şagirdlər müstəqilik gününə həsr olunmuş seirlər söyləyib, mahnılar ifa ediblər. 4b  sinif şagirdlərinin hazırladıqları ədəbi-bədii müəllimlərin də ürəyincə olub.

Qeyd edək ki, tədbirin hazırlanmasında məktəbin müəllimlərindən Zəhra Əmirova, Maisə Əliyeva, Səadət Qasımova, Misirova Məşuqə müəllimlərin də əməyi olub.

Esmira Hidayətova,Mingəçevir