Mingəçevir Dövlət  Dram Teatrının 50 illik yubleyi təntənəli  qeyd edilib

0

Azərbaycan Respublikasının Prezidentinin “Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında” Sərəncamına uyğun olaraq bu gün  Mingəçevir Dövlət Dram Teatrında  50 illik yubileyi gecəsinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə ilk öncə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək ölkə Prezidentinə Azərbaycanda teatrlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. Daha sonra qeyd edibi ki, Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb:” Bu sənət ocağı 1969-cu ilin mart ayının 28-də C.Cabbarlının “Almaz” tamaşası ilə fəaliyyətə başlamışdır. Teatrın ilk mütəxəssisləri Mingəçevir Xalq Teatrının və Azərbaycan Dövlət Teatr İnstitutunun məzunlarından ibarət olmuşdur. Bu illər ərzində kollektiv dünya və Azərbaycan dramaturgiyasından 300-ə yaxın  tamaşa hazırlamışdır.

 

Yarandığı gündən repertuarında milli klassik və müasir dramaturgiya nümünələrini əsas götürən Mingəçevir Dövlət Dram Teatrı rus və dünya dramaturgiasına da müraciət etmişdir. “Almaz” (C.Cabbarlı), “Hacı Qara” (M.F.Axundzadə), “Eşq və İntiqam”, “Laçın yuvası” (S.S.Axundov), “Həmyerlilər” (A.Məmmədov), “Fərhad və Şirin”, “Vaqif” (S.Vurğun), “Yağışdan çıxdıq yağmura düşdük” (N.B.Vəzirov), “Kəndçi qızı” (M.İbrahimov), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Qətl günü” (Y.Səmədoğlu) ilə yanaşı, “Ezop” (Q.Fiqeyredo), “Toros canavarı” (Ə.Nesin), “Müfəttiş”, “Evlənmə”  (N.Qoqol), “Ayrılmaq anı”  (M.Bayciyev) kimi əsərlər teatrın səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulmuş, tamaşaçıların  rəğbətini qazanmış, mətbuatda geniş işıqlandırılmışdır. Onu da qeyd edim ki, Mingəçevir Dövlət Dram Teatrı Azərbaycanda və onun hüdudlarından kənarda da fəal mədəniyyət ocağı kimi tanınır. Teatr respublikamızın əksər şəhər və rayonları ilə bərabər Türkiyə, Gürcüstan, Dağıstan respublikalarında qastrol səfərləri keçirmiş, bir neçə dəfə respublika festivallarının iştirakçısı və qalibi olmuşdur. Mən bu bayram münasibəti ilə bütün kollektivi təbrik edir,  yeni yaradıcılıq uğurları arzulayıram”.

click

 

Daha sonra nazir 50 illik yubley münasibəti ilə  teatırın direktoru Səxavət Məmmədovu və teatırın direktor müavini Vüsal Məmmədovu Mədəniyyət nazirliyinin fəxri fərmanı ilə təltif edib.

Əbülfəs Qarayev Prezidentin sərəncamı ilə təltif olunan aktyor və aktirisaların fəxri mükafatlarını da təqdim edib. Qeyd edək ki, dünən ölkə başçısının sərəncamı ilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Xəzər Novruzoğlu Gəncəliyə “Əməkdar artist” fəxri adı verilib.

extreme free sex stories Prezidentin digər sərəncamı ilə Əliyeva Afət Məmməd qızı, Həşimov Rafael Zeynal oğlu, İbrahimli Qabil Mahmud oğlu, İmamverdiyev Yusif İmamverdi oğlu, Quliyev Aydın Baloğlan oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

 

Qeyd edək ki, bu teatrda iki nəfər Xalq artisti (Zülfüqar  Abbasov və Ella Yaqubova), iki nəfər Əməkdar  artist  (Akif Mirabov və Şıxı Yaqubov) və bir nəfər Əməkdar rəssam (Rafael Həşimov) çalışır.

 

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov yubiley gecəsində çıxış edərək teatrın şəhərin mədəni həyatında mühüm rolundan danışıb. Bildirib ki, Azərbaycan teatrı böyük inkişaf yolu keçib və bu inkişafda Mingəçevir Dram Teatrının da öz yeri var. O, teatrın yubileyinin qeyd olunmasına, teatrın əməkdaşlarına mükafatların verilməsinə görə Mingəçevir sakinləri adından Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. İlham İsmayılov teatrın bir neçə əməkdaşına İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.

Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov teatrın kollektivinə təbriklərini çatdırıb. Bildirib ki, ənənələri olan Mingəçevir teatrı bu gün ölkə teatrları arasında öz dəsti-xətti ilə seçilir. Azərbaycan Teatr Xadimləri İttifaqı adından teatrın bir neçə əməkdaşına fəxri fərmanlar təqdim edilib.

 

 

Yubiley gecəsi daha sonra konsert proqramı ilə davam edib. Belə ki, teatırı təbrikə gələn Ağdam , Gəncə teatırları kiçik səhnələr  təqdim ediblər. Xalq artisti Valeh Kərimov, Arif Quliyev kollektivə yeni-yeni uğurlar arzulayıblar. Videoçarx vasitəsi ilə vaxtı ilə bu teatrda çalışmış və xatirəyə qovuşan aktyor və aktirisalarda xatırlanıb.Onlar gur alqışlarla yad olunublar.

 

Qeyd edək ki, tədbirdən öncə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov, teatr ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin abidəsini ziyarət edibilər. Tədbir iştirakçıları daha sonra Mingəçevir Dövlət Dram Teatrının foyesində sənət ocağının fəaliyyətinə həsr olunmuş foto sərgiyə baxıblar.

 

Esmira Hidayətova, Mingəçevir