Bəs vicdanımızın “cəriməsi”?

0
334
Dünya, yaşadığımız ölkə, şəhər, qəsəbə, küçə bizim evimizdir deyirik. Amma çox qəribədir ki, bir çox insanlar üçün öz evlərindən kənar ərazilərin vəziyyəti qətiyyən maraqlı deyil. Məsələn, adam var öz evinin içini yalan olmasın, ildə ən azı 1 dəfə təmir etdirir, amma çölü ilə qətiyyən maraqlanmır. Zibil torbasını sakitcə yaşadığı binanın blokuna qoyub aradan çıxanlar, zibili qutusuna yox, tələm-tələsik yerə atanlar, gündüz görən olar deyib zibili eyvandan axşamlar binanın qarşısına tullayanlar məhz belələrindəndirlər. Adam da var ki, görürsən altında bahalı maşını, necə deyərlər, səviyyəli geyim-kecimi, dindirənlərə ağıl verir, amma digəl zibili maşından birbaşa küçəyə atır. Yəqin ki, belələrinə vaxtaşırı siz də rast gəlirsiniz… 
Dünya, yaşadığımız ölkə, şəhər, qəsəbə, küçə bizim evimizdir deyirik. Amma çox qəribədir ki, bir çox insanlar üçün öz evlərindən kənar ərazilərin vəziyyəti qətiyyən maraqlı deyil. Məsələn, adam var öz evinin içini yalan olmasın, ildə ən azı 1 dəfə təmir etdirir, amma çölü ilə qətiyyən maraqlanmır. Zibil torbasını sakitcə yaşadığı binanın blokuna qoyub aradan çıxanlar, zibili qutusuna yox, tələm-tələsik yerə atanlar, gündüz görən olar deyib zibili eyvandan axşamlar binanın qarşısına tullayanlar məhz belələrindəndirlər.

Adam da var ki, görürsən altında bahalı maşını, necə deyərlər, səviyyəli geyim-kecimi, dindirənlərə ağıl verir, amma digəl zibili maşından birbaşa küçəyə atır. Yəqin ki, belələrinə vaxtaşırı siz də rast gəlirsiniz…

 

“Zibili avtomobildən küçəyə atmaq artıq adət halını alıb”

Təxminən 2-3 ay öncə Dağıstanda bu məsələ ilə bağlı maraqlı bir hadisə baş vermişdi və bu, çoxlarının marağına səbəb olmuşdu. Belə ki, işıqforda dayanmış avtomobildən küçəyə zibil atan sürücü gözlənilməz hadisə ilə qarşılaşmışdı. Yoldan keçən piyada sürücünün maşından atdığı tullantı ilə yanaşı, küçədəki bütün zibilləri toplayıb həmin avtomobilin pəncərəsindən içəri atmışdı. Bu reaksiyanı gözləməyən sürücü isə əsəbi halda yerə düşərək piyadanın üstünə cummuşdu. Lakin arxadakı maşında olanlar dərhal yerə düşərək məsələyə müdaxilə etmişdilər. Hətta, digər sürücülər bu hərəkətinə görə maşından küçəyə zibil atan sürücüyə iradlarını da bildirmişdilər. Bəli, çox qəribədir ki, XXI əsrin Azərbaycanında da bir çox insanlar üçün zibili avtomobildən küçəyə atmaq artıq adət halını alıb. İnzibati Xətalar Məcəlləsinə görə, bu əmələ görə sürücülər 40 manat cərimə olunurlar. Avtomobildə sərnişin qismində əyləşmiş şəxslər isə avtomobildən zibil atmağa görə 30 manat cərimə edilirlər…

 

Kim ödəyəcək?

Amma bir çoxları hesab edir ki, küçəyə zibil atmağa görə cərimənin məbləği daha yüksək olmalıdır. Millət vəkili, tanınmış jurnalist Sahib Alıyev də bu fikirdədir: “Bir müddət öncə Böyük Britaniya qanunverciliyində sərt bir dəyişiklik baş verdi. Orada nəqliyyat vasitələrindən küçəyə zibil atmağa görə cəza 100 funt-sterlinqdən başlayır. Özü də çox maraqlıdır ki, məhz belə bir qanunvericilik təşəbbüsü ilə Böyük Britaniyanın sürücülər cəmiyyəti çıxış edib. Aparılan sorğuların nəticələri göstərir ki, orada əhalinin 93 faizi məhz bu fikirdədir ki, bu cür hadisələr Böyük Britaniya xalqı haqqında ölkəyə gələn qonaqlarda yalnış təsəvvürlər formalaşdırır və Böyük Britaniya haqqında təsəvvürləri mənfiləşdirir. Əgər nəzərə alsaq ki, gələn il ölkəmizdə “Bakı 2015 Avropa Oyunları” keçiriləcək, mənə elə gəlir ki, biz də bu məsələdə daha sərt cərimələr nəzərdə tutmalıyıq. Yeri gəlmişkən deyim ki, bu cür təcrübə əksər ölkələrdə var. Məsələn, İspaniyada cərimə 100 avrodan başlayır və orada məsələyə diferensial yanaşma var. İspaniyada nəqliyyat vasitəsinin pəncərəsindən siqaret atmağa görə, tutaq ki, 100 avro cərimə tətbiq edilirsə, siqaret qutusu atdığına görə, 200 avro tətbiq edilir. Beləcə, bu şəkildə arta-arta gedir. Yəni bu cür diferensial yanaşma var. Mən istəyirəm ki, bizdə də “Bakı 2015 Avropa Oyunları”nın keçiriləcəyini nəzərə alaraq, üstəlik, ölkəmizdə bu cür hallara tez-tez yol verildiyini nəzərə alaraq cərimələr artırılmalıdır”.

İstənilən halda, yəni cərimənin məbləğinin nə qədər olmasından asılı olmayaraq, ilk növbədə, biz öz-özümüzə hesabat verməliyik; əgər zibili küçəyə atırıqsa, bu etdiyimiz nə qədər doğrudur. Necə deyərlər, buna görə polisin yazdığı cəriməni ödəmək olar, bəs vicdanımızın “cəriməsi”? Bunu kim ödəyəcək?..

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here