Aktivlik dinamikası dayanmayıb

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah üzvlərinin Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında apardıqları monitorinqin saat 12:00-a olan nəticəsinə əsasən ərazidə aktivlik dinamikası dayanmayıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir. Sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.

follow url

Məlumata görə Badamdar qəsəbəsi, Badamdar şossesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir. Tikildikdən sonra bu tikililər vətəndaşlar tərəfindən rəsmiləşdirilmişdir. Lakin yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud ladşafı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır. Məlumat üçün bildiririk ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi vardır. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki 2 obyektin fəaliyyəti dayandırılıb.

go to site