Mingəçevir Turizm Kollecində dövlət müstəqilliyimizlə bağlı tədbir keçirilib

0
329

Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq “Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə  Mui-14,“Mühasibat uçotu” ixtisası üzrə İ-32 qrup tələbələrinin iştirakı ilə film nümayişi keçirilib.

 

İlk öncə kollecin foyesində tələbələrə Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunan video-çarx təqdim olunub. Daha sonra Mingəçevir Turizm KollecininHeydər Əliyev adına İdeoloji mərkəzində Heydər Əliyevin həyat və fəaliyyətilə bağlı məqamları özündə əks etdirən filmə baxış keçirilib. Filmdə çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış, Azərbaycan xalqının taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin şəxsiyyəti və onun ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi xidmətlərindən bəhs edilib. Film tələbələrin yaddaşında dərin izlər buraxıb. Tam əminliklə demək olar ki, Heydər Əliyev siyasi kursu davam etdikcə Azərbaycan xalqı yeni üfüqlərə, yeni hədəflərə doğru inamla irəliləyəcək, daha böyük uğurlara imza atacaq.

Esmira Hidayətova, Mingəçevir