“Daha heç kimin qəbrində qeyri-adilik olmayacaq”

0

Hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalıb. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, yas mərasimləri elə təşkil edilməlidir ki, bir-birindən fərqlənməsin: “Nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı layihə hazırlanır. Layihənin qəbul edilməsindən sonra kimliyindən asılı olmayaraq, hər kəsin eyni səviyyədə və formada basdırılması təmin ediləcək. Daha heç kimin qəbrində qeyri-adilik olmayacaq, çəpərləmələr olmayacaq. Bütün bunlar dində buyurulmayıb”.

source url Siyavuş Novruzov qeyd edib ki, hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalıb: “Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar İslamda yoxdur. Odur ki, mərasimlərin daha sadə keçirilməsini təmin etməliyik. Müasir dövrdə milli adət-ənənələr qanunlarla tənzimlənməlidir. Hər şey qəbul edilən qaydalar çərçivəsində olmalıdır”.(Oxu.az)