Mingəçevirdə dini radikalizmlə mübarizədə din xadimlərinin iştirakından danışılıb

0
271

İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi (İSMM) İctimai Birliyi Mingəçevirdə fəaliyyət göstərən “Mənəvi saflıq” Vətəndaş Maarifçiliyi Fondunun üzvləri ilə  “Dini radikalizmə qarşı  mübarizə istiqamətində regionlarda tədbirlərin təşkili”  layihəsi çərçivəsində növbəti “Dini radikalizmlə mübarizədə din xadimlərinin iştirakı ” adlı tədbir keçirib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilb. Tədbirdə dinləyici kimi  fondun üzvləri, din xadimləri,  Qeyri-Hökumət Təşkilatlarının, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.

Layihənin rəhbəri, İSMM İB-in sədri Əliqismət Kərimov layihənin məqsəd və istiqamətlərindən söz açaraq bu sahədə görülmüş işlərdən danışıb.

Tədbirin təlimçisi Mingəçevir bələdiyyəsinin Yerli sosial məsələləri daimi komissiyasının sədri Zahid Qasımlı “Dini radikalizmlə mübarizədə din xadimlərinin rolu” mövzusunda çıxış edib. Qeyd edib ki, din xadimi ilk növbədə, dini təbliğ edə biləcək, onu topluma olduğu kimi çatdıracaq biliyə malik olmalıdır: ” Dinin məlumatları tərəf müqabilinin anlayacağı və qəbul edə biləcəyi şəkildə, sadə dillə anlatmalı, qəliz sözlərdən çəkinməlıdir. Din xadimi maarifləndirmə işində sağlam mənbələrə əsaslanmalıdır.Din xadimi mükəmməl əxlaq sahibi olmalıdır. O, dünyada baş verən sosial və mədəni dəyişiklikləri də yaxından izləməlidir”.

“Dini radikalizmə meyllənmənin səbəbləri ”  mövzusunda çıxış edən  “Mənəvi saflıq” Vətəndaş Maarifçiliyi Fondunun sədri Əhməd Məmmədovd bildirib ki, dini məsələlərlə bağlı tədbirlərdə çıxış edənlər ictimayyəti çaşdırmamalı, dinlə bağlı ictimayyətə düzgün məlumat çatdırılmalıdır. Bildirib ki,  Azərbaycanda din dövlətdən ayrıdır. Azərbaycan çoxkonfessiyalı bir ölkədir və konfessiyalar arasında münasibətlər çox yüksək səviyyədə qorunur: ”Biz bilməliyik ki, Azərbaycanda hansı dinin nümayəndələri yaşayır və hansı dini istiqamətlər var. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik “.

“EkoTES” İctimai Birliyinin sədri Çingiz Nəzərov,  Fondun fəalı Qüdrət Seyidov dini radikalizmlə və ekstremizmlə mübarizə üsullarından söz açıblar.

Sonda mövzular üzrə müzakirələr, sual-cavablar aparılıb.

Esmira Hidayətova, Mingəçevir