Tramp: “Türkiyəyə qarşı çox pis davrandıq”

0
12

ABŞ Prezidenti Donald Tramp ötən gün azadlığa buraxılan və ölkəsinə qayıdan amerikalı rahib Endryu Bransonu Ağ evdə qəbul edib. Türkiyə mətbuatının məlumatına görə ki, Amerika lideri Oval ofisdə rahiblə birlikdə mətbuat konfransı keçirib.

E. Branson sözlərinə ABŞ hakimiyyətinə azad olunması üçün etdiklərinə görə təşəkkür etməklə başlayıb: “Dövlət katibi Mayk Pompeo, vitse-prezident Maykl Pens və Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Boltona təşəkkür edirəm. Konqresdə azad edilməyim üçün çalışanlara təşəkkür edirəm. Biz 25 ildir oradayıq. Türkləri sevirəm”.

O, ilk öncə uşaqlarla vaxt keçirmək və dua etmək istədiyini qeyd edib: “Qarşıdakı günlərdə reportaj da vermək imkanı ola bilər. Ancaq təbii ki, ölkə hökumətimizə, dövlətimizə təşəkkür etmək istəyirəm. Bu ölkəni çox sevirik. Ötən axşam Almaniyaya getdim və orada mənə Amerika bayrağı verdilər, gözlərimə inanmadım. Həqiqətən də heyrətamiz bir anıydı. Bu ölkə üçün həmişə dua edəcəm”.

D. Tramp da rahibin çıxışı qarşılığında “türklər yaxşı insanlardır, onları sevirəm” deyə bildirib: “Prezident Ərdoğana yenidən təşəkkür edirəm. Bu hadisə iki ölkə arasında pozulan əlaqələri düzəldəcək. Prezidentə təşəkkür edirəm. Türkiyəyə qarşı çox pis davrandıq, amma heç bir halda rahibin azad edilməsi üçün razılaşmaya gəlmədik. Həqiqətən də Türkiyə ilə yaxınlaşma şansımız var. Türk xalqı həqiqətən möhtəşəm xalqdır.

Mətbuat konfransı zamanı rahib E. Branson azad edilməsi üçün çalışan D. Tramp  və ABŞ üçün qısa dua edib. Bundan qabaq isə o, Almaniyada yerləşən ABŞ hospitalında həkimlər tərəfindən müayinə edilib, sonra isə  təyyarə ilə Vaşinqtonun ətrafındakı Endryus hərbi bazasına çatdırılıb Türkiyənin İzmir şəhər məhkəməsi oktyabrın 12-də casusluqda ittiham olunan E.Bransonu üç il müddətinə azadlıqdan məhrum edib, lakin işə baxıldığı müddət ərzində həbsdə qaldığını nəzərə alaraq onu azadlığa buraxıb.