Nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışırlar

0
17

Bakının Badamdar qəsəbəsində baş vermiş sürüşmə sahəsindəki vəziyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən fasiləsiz nəzarətdə saxlanılır.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu barədə açıqlamasında ETSN-in əməkdaşlarının hadisə yerində olduqlarını və ərazini daim nəzarətdə saxladıqlarını bildirib. İ.İbrahimova vurğulayıb ki, sürüşmə zonasında yaranan vəziyyətlə əlaqədar nazirlik tərəfindən hər səkkiz saatdan bir məlumat veriləcək, əhali və təşkilatlara xəbərdarlıq ediləcək.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışırlar. Sürüşmənin dinamikasında aktivlik davam etdiyindən hər saatdan bir ərazidə müşahidələr aparılır.