Millimiz uduzdu

0

Bu gün “Bakcell Arena”da “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində futbol üzrə Azərbaycan və Bolqarıstan milli komandaları qarşılaşıb. İsrailli baş hakim Alon Yefetin idarə etdiyi oyunun ilk hissəsində bolqarıstanlı futbolçu İ.Miçanski hesabı açıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ikinci hissəsində hesab bərabərləşib. Qolu 54-cü dəqiqədə Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov vurub. Oyunun 86-cı dəqiqəsində rəqib komandanın sonradan oyuna daxil olan futbolçusu Ventsislav Xristov ikinci topu Azərbaycan millisinin qapısından keçirib. http://nonprofitrockstartour.com/job-interview-slut-fuck-video Azərbaycan və Bolqarıstan komandalarının yer aldıqları “H” qrupunda İtaliya, Xorvatiya, Norveç və Malta milliləri də mübarizə aparırlar. Bolqarıstanla qarşılaşmadan sonra millimiz oktyabrın 10-da Palermo şəhərindəki “Renzo Barbera” stadionunda İtaliya millisi ilə görüşəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here