Keşiş Endryu Branson bu ABŞ-a yola düşəcək

0
14

Türkiyədə casusluqda ittiham olunan keşiş Endryu Branson həyat yoldaşı Norine Bransonla birlikdə Türkiyəni tərk edib. Türkiyə mətbuatının verdiyi məlumata görə, amerikalı cütlük İzmir hava limanından özəl təyyarə ilə Almaniyaya uçub. Almaniyadan xüsusi hərbi təyyarə vasitəsilə keşiş və xanımı ABŞ-a yola düşəcək. Ağ Ev Bransonların təyyarəsinin bu gün Merilendə eniş edəcəyini də açıqlayıb.

Xatırladaq ki, casusluqda və terror təşkilatları ilə əlaqədə günahlandırılan Branson 12 oktyabr tarixində baş tutan məhkəmənin qərarı ilə azadlığa buraxılıb.