Qaliblər mükafatlandırıldılar

0
111

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Sağlam bədən, sağlam təhsil” layihəsinin mini futbol yarışında Mingəçevir məktəbliləri uğurlar qazanıblar. Bu məktəblərdən biri də Mingəçevir 6 saylı tam orta məktəbdir. Bu münasibətlə məktəbdə təqdimetmə mərasimi keçirilib.

Mərasimdə məktəbin direktoru Xurşud Zamanova  qalib olan şagirdlərə sertifikatlar təqdim edib. O, tədimat mərasimində şagirdlərin belə yarışlarda çox böyük həvəslə iştirak etdiklərini vurğulayıb.

Qeyd edək ki, ötən il  də 6 saylı məktəbin şagirdləri keçirilən idman yarışlarının da qalibi olmuşlar. Bir sözlə, bu təhsil ocağı idmanla bağlı təşkil olunan yarışlarda həmişə öncül yerlərdə olub.

Esmira Hidayətova, Mingəçevir