“Ailədə birinci qayda qarşılıqlı hörmətdir”

0
314

Qarşıdan Beynəlxalq Ailə Günü gəlir. Belə ki, hər il may ayının 15-i Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Bu mənada ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Hər il Beynəlxalq Ailə Günü ərəfəsində “Zaman-Azərbaycan” qəzetinin bölgə təmsilçiliyi olaraq, bir uzunömürlü ailənin qonağı olur, onların həyat hekayətlərini qələmə alaraq, oxucularımıza təqdim edirik. Əsas məqsədimiz bu kimi ailələri örnək olaraq gənclərə təqdim etməkdir. Bu günlərdə yenə ənənəyə sadiq qalaraq, gözəl bir ailənin qonağı olduq. Mingəçevir kəndində yaşayan Yusifovlar ailəsinin bütün üzvləri bir yerə toplaşmışdılar. Məqsəd uzun illər bir yerdə yaşamış Şəmistan və Şükufə cütlüyünün 66 illik ailə həyatının şirin anlarını qeyd etmək idi. Onları təbrikə Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinin müdir əvəzi Sevinc Hüseynova və Nikah Evinin aparıcı mütəxəssisi Həqiqət Yusifova da gəlmişdilər. Onlar cütlüyü ailə günü münasibəti ilə təbrik edərək hədiyyə təqdim etdilər.

“Yoldaşım güzəştə getməyi bacaran qadındır”

Ailənin başçısı 87 yaşlı Şəmistan Yusifov bizimlə səmimi söhbət edərək bildirdi ki, uzunömürlü ailəyə sahib olmaq hər bir kəsin arzusudur. Bəs bunun üçün nə etmək lazımdır? Onun cavabı belə oldu: “Ailədə birinci qayda qarşılıqlı hörmətdir. Ailədə nə qədər problem olsa da, tərəflər bir-birinə qarşılıqlı hörməti əsirgəməməlidirlər. Söz-söhbətsiz ailə olmur, bəzən kiçik bir söz də böyüyərək problem yaradır. Bax, gərək bu kiçik sözləri böyüməyə qoymayasan, 66 illik ailə həyatımızda olub belə xırdalıqlar, amma mənim həyat yoldaşım da ailəyə qarşı güzəştə getməyi bacaran qadındır”.

“Ailə müqəddəs bir ocaqdır”

“Yaxşı münasibətlər, saf niyyətlər üzərində qurulmuş ailə həm gənclər, həm də yaşlı nəsil üçün ən gözəl örnəkdir”, sözləri ilə söhbətini davam etdirən ailə başçısının fikirincə, cəmiyyətin əsasını təşkil edən ailə müqəddəs bir ocaqdır: “Mən kənddə taxılçılıqla, balıqçılqla məşğul olmuşam, ailəmə həmişə halal çörək yedirtmişəm. İndi gördüyünüz bu gözəl Mingəçevir şəhərinin yerində bir vaxtlar əkin sahələri var idi. Yaşadığımız evin kənarından Kür çayı axırdı. Bizim ən əsas məşğuliyyətimiz balıqçılıq oub. O vaxtlar Kür çayından əla balıqlar çıxırdı. Müharibə illəri idi, aclıq baş alıb gedirdi. Bacardığım qədər öz ailəmi dolandırırdım, kəndimizdəki imkansız ailələrə də çox köməyim dəyib”.

“Bizim ocaqda ailə dəyərləri həmişə qorunub”

Ailənin xanımı, bütöv bir nəslin sevimlisi Şükufə xanım söhbətimizə qoşularaq 16 yaşında bu ailəyə gəlin köçdüyünü bildirdi: “Bu izdivacdan 5 övladımız olub. Kasıb vaxtlarımız da olub, yaxşı dolandığımız günlər də. Bizim ocaqda ailə dəyərləri həmişə qorunub. Ailənin başçısı süfrənin başında əyləşməsəydi xörək qazanının ağzını açmırdıq. Mən kəndin adlı-sanlı, böyük nəsli-nəcabəti olan bir ailənin gəliniyəm. Onlara layiq olmaq üçün qarşıma məqsəd qoydum ki, həm bu ailənin hörmətini saxlayım, həm də bu ailəyə layiq övladlar yetişdirim. İndi Allaha çox şükür, ali savadlı oğlanlarım, qızlarım var. Onlarla fəxr edirəm. 10 nəvəmiz, 8 nəticəmiz var. Hərdən ailə bir yerə toplaşanda sevincdən gözlərim yaşarır, maşallah, sanki bir ordumuz var. Belə ailə ilə fəxr etməyim neyləyim? Bir də ki, məni belə gümrah saxlayan mənim həyat yoldşımdır. Kənddə bu qədər iş-gücün arasında o bizim istirahətimizi də yaddan çıxarmır. Yay tətilində vətənimizin gəzməli-görməli yerlərində də istirahət edirik. Mən hər kəsə belə bir ailə başçısı arzulayıram. Bizim ailənin uzunömürlüyünün səbəbi də bax belə qarşılıqlı hörmət və sevgidir”.

“Ailə quracaqları

şəxsin zahirindən çox…”

Uzunömürlü ailələrin nümayəndələri ilə görüşəsən, amma günümüzün ağrılı məsələlərindən biri olan boşanmalarla bağlı onların fikirlərini soruşmayasan…

Odur ki, bu mövzu ilə də bağlı onlara suallar ünvanladıq. Şükufə Yusifova dedi: “İndiki dövrdə ailələr arasında bir narazılıq yaranan kimi, ilk sözləri “boşanırıq” olur. Amma gərək bu sözü heç zarafatla da olsa dilinizə gətirməyəsiniz. İndi elə söz-söhbətlər eşidirik ki, hərdən indiki gənclərin halına çox acıyırıq. Hətta bir və ya iki uşaqla da boşananlar var. Bu hallar da uşaqların tərbiyəsinə, psixologiyasına çox pis təsir edir. Ona görə də cəmiyyətdə sağlam ailələrin sayı getdikcə azalır”.

Şəmistan Yusifov isə bir qədər fikrə getdikdən sonra dedi: “Düz deyirsiniz ki, son zamanlar yeni qurulan ailələrin ömrü az olur. Bu isə həmin ailələrin sağlam təməl üzərində qurulmamasından xəbər verir. Gənclərə məsləhətim olardı ki, ailə quracaqları şəxsin zahirindən çox, onun daxili aləminə bələd olmağa çalışsınlar”.

“Eybi yox, köhnə protezlə də keçinərəm”

Yazımızın sonunda bir vacib məqamı da qeyd etməyi özümüzə borc bilirik. Belə ki, 1962-ci ildə Şəmistan dayı iş yerində keçirdiyi qəzada ayağını dizdən aşağı itirib. Bu günə qədər bir ayağı protezdir. Lakin indi bu protez sıradan çıxdığı üçün onu çox incidir. Baxmayaraq ki, dəfələrlə onu təmir etdirib. Dediyinə görə, Bakıda fəaliyyət göstərən Protez Zavoduna yeni protez üçün müraciət etməsinə baxmayaraq, müsbət cavab ala bilməyib: “Eybi yox, köhnə protezlə də keçinərəm. 66 il bu çətin, ağrılı-acılı həyat yollarında ailəmin önündə yürüyə bilmişəmsə, protezimin köhnə olması məni axsada bilməz”…

Esmira Hidayətova,

Fuad Bayramov, Mingəçevir

1Qarşıdan Beynəlxalq Ailə Günü gəlir. Belə ki, hər il may ayının 15-i Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Bu mənada ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Hər il Beynəlxalq Ailə Günü ərəfəsində “Zaman-Azərbaycan” qəzetinin bölgə təmsilçiliyi olaraq, bir uzunömürlü ailənin qonağı olur, onların həyat hekayətlərini qələmə alaraq, oxucularımıza təqdim edirik. Əsas məqsədimiz bu kimi ailələri örnək olaraq gənclərə təqdim etməkdir. Bu günlərdə yenə ənənəyə sadiq qalaraq, gözəl bir ailənin qonağı olduq. Mingəçevir kəndində yaşayan Yusifovlar ailəsinin bütün üzvləri bir yerə toplaşmışdılar. Məqsəd uzun illər bir yerdə yaşamış Şəmistan və Şükufə cütlüyünün 66 illik ailə həyatının şirin anlarını qeyd etmək idi. Onları təbrikə Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinin müdir əvəzi Sevinc Hüseynova və Nikah Evinin aparıcı mütəxəssisi Həqiqət Yusifova da gəlmişdilər. Onlar cütlüyü ailə günü münasibəti ilə təbrik edərək hədiyyə təqdim etdilər.

“Yoldaşım güzəştə getməyi bacaran qadındır”

Ailənin başçısı 87 yaşlı Şəmistan Yusifov bizimlə səmimi söhbət edərək bildirdi ki, uzunömürlü ailəyə sahib olmaq hər bir kəsin arzusudur. Bəs bunun üçün nə etmək lazımdır? Onun cavabı belə oldu: “Ailədə birinci qayda qarşılıqlı hörmətdir. Ailədə nə qədər problem olsa da, tərəflər bir-birinə qarşılıqlı hörməti əsirgəməməlidirlər. Söz-söhbətsiz ailə olmur, bəzən kiçik bir söz də böyüyərək problem yaradır. Bax, gərək bu kiçik sözləri böyüməyə qoymayasan, 66 illik ailə həyatımızda olub belə xırdalıqlar, amma mənim həyat yoldaşım da ailəyə qarşı güzəştə getməyi bacaran qadındır”.

“Ailə müqəddəs bir ocaqdır”

“Yaxşı münasibətlər, saf niyyətlər üzərində qurulmuş ailə həm gənclər, həm də yaşlı nəsil üçün ən gözəl örnəkdir”, sözləri ilə söhbətini davam etdirən ailə başçısının fikirincə, cəmiyyətin əsasını təşkil edən ailə müqəddəs bir ocaqdır: “Mən kənddə taxılçılıqla, balıqçılqla məşğul olmuşam, ailəmə həmişə halal çörək yedirtmişəm. İndi gördüyünüz bu gözəl Mingəçevir şəhərinin yerində bir vaxtlar əkin sahələri var idi. Yaşadığımız evin kənarından Kür çayı axırdı. Bizim ən əsas məşğuliyyətimiz balıqçılıq oub. O vaxtlar Kür çayından əla balıqlar çıxırdı. Müharibə illəri idi, aclıq baş alıb gedirdi. Bacardığım qədər öz ailəmi dolandırırdım, kəndimizdəki imkansız ailələrə də çox köməyim dəyib”.

“Bizim ocaqda ailə dəyərləri həmişə qorunub”

Ailənin xanımı, bütöv bir nəslin sevimlisi Şükufə xanım söhbətimizə qoşularaq 16 yaşında bu ailəyə gəlin köçdüyünü bildirdi: “Bu izdivacdan 5 övladımız olub. Kasıb vaxtlarımız da olub, yaxşı dolandığımız günlər də. Bizim ocaqda ailə dəyərləri həmişə qorunub. Ailənin başçısı süfrənin başında əyləşməsəydi xörək qazanının ağzını açmırdıq. Mən kəndin adlı-sanlı, böyük nəsli-nəcabəti olan bir ailənin gəliniyəm. Onlara layiq olmaq üçün qarşıma məqsəd qoydum ki, həm bu ailənin hörmətini saxlayım, həm də bu ailəyə layiq övladlar yetişdirim. İndi Allaha çox şükür, ali savadlı oğlanlarım, qızlarım var. Onlarla fəxr edirəm. 10 nəvəmiz, 8 nəticəmiz var. Hərdən ailə bir yerə toplaşanda sevincdən gözlərim yaşarır, maşallah, sanki bir ordumuz var. Belə ailə ilə fəxr etməyim neyləyim? Bir də ki, məni belə gümrah saxlayan mənim həyat yoldşımdır. Kənddə bu qədər iş-gücün arasında o bizim istirahətimizi də yaddan çıxarmır. Yay tətilində vətənimizin gəzməli-görməli yerlərində də istirahət edirik. Mən hər kəsə belə bir ailə başçısı arzulayıram. Bizim ailənin uzunömürlüyünün səbəbi də bax belə qarşılıqlı hörmət və sevgidir”.

“Ailə quracaqları

şəxsin zahirindən çox…”

Uzunömürlü ailələrin nümayəndələri ilə görüşəsən, amma günümüzün ağrılı məsələlərindən biri olan boşanmalarla bağlı onların fikirlərini soruşmayasan…

Odur ki, bu mövzu ilə də bağlı onlara suallar ünvanladıq. Şükufə Yusifova dedi: “İndiki dövrdə ailələr arasında bir narazılıq yaranan kimi, ilk sözləri “boşanırıq” olur. Amma gərək bu sözü heç zarafatla da olsa dilinizə gətirməyəsiniz. İndi elə söz-söhbətlər eşidirik ki, hərdən indiki gənclərin halına çox acıyırıq. Hətta bir və ya iki uşaqla da boşananlar var. Bu hallar da uşaqların tərbiyəsinə, psixologiyasına çox pis təsir edir. Ona görə də cəmiyyətdə sağlam ailələrin sayı getdikcə azalır”.

Şəmistan Yusifov isə bir qədər fikrə getdikdən sonra dedi: “Düz deyirsiniz ki, son zamanlar yeni qurulan ailələrin ömrü az olur. Bu isə həmin ailələrin sağlam təməl üzərində qurulmamasından xəbər verir. Gənclərə məsləhətim olardı ki, ailə quracaqları şəxsin zahirindən çox, onun daxili aləminə bələd olmağa çalışsınlar”.

“Eybi yox, köhnə protezlə də keçinərəm”

Yazımızın sonunda bir vacib məqamı da qeyd etməyi özümüzə borc bilirik. Belə ki, 1962-ci ildə Şəmistan dayı iş yerində keçirdiyi qəzada ayağını dizdən aşağı itirib. Bu günə qədər bir ayağı protezdir. Lakin indi bu protez sıradan çıxdığı üçün onu çox incidir. Baxmayaraq ki, dəfələrlə onu təmir etdirib. Dediyinə görə, Bakıda fəaliyyət göstərən Protez Zavoduna yeni protez üçün müraciət etməsinə baxmayaraq, müsbət cavab ala bilməyib: “Eybi yox, köhnə protezlə də keçinərəm. 66 il bu çətin, ağrılı-acılı həyat yollarında ailəmin önündə yürüyə bilmişəmsə, protezimin köhnə olması məni axsada bilməz…” Esmira Hidayətova, Fuad Bayramov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here