Naxa balığının böyümə intensivi çox yüksəkdir

0
95

Mingəçevir Elmi Təcrübə  Stansiyasında ilk dəfə olaraq  naxa balıqları da yetişdirilir. Bu barədə stansiyanın  müdiri Hicran xanım İsgəndərova məlumat verib. O, qeyd edib ki, AMEA tibb və biologiya bölməsinin vəsadətini nəzərə alaraq Milli Elmlər Akademiyasının rəyasət heyəti 15 may 2018 ci il  tarixli qərarı ilə Mingəçevir Elmi Təcrübə laboratoriyasının fəaliyyətini daha da genişləndirərək  onu Mingəçevir Elmi Təcrübə Stansiyası adlandırılmasına qərar vermişdir: ”Bunun da bir çox səbəbləri var idi. Əvvəllər biz laboratoriya olaraq  yalnız ixtioloji tədqiqtlarla məşğul olurduqsa, indi ixtioloji tədqiqatlarla yanaşı, parastoloji tədqiqtlar da aparmağa başlayacağıq. Nəzərinizə çatdırım ki, stansiyanın göllərində hal-hazırda ağamur, qalınalın, çəki, koeo (el arasında ona  kitay sazanı deyilir) var.  2017 ci ilin may ayından  başlayaraq ilk dəfə Mingəçevir Elmi Təcrübə Stansiyasının gölündə ilk dəfə olaraq naxa balığının yetişdirilməsinə başlanmışdır. Əsas məqsəd stansiyada ekoloji, təmiz balıq yetişdirməkdir. Biz balıqlarımızı təmiz məhsularla yemləyirik. Onları qamış, balıq, yonca, arpa, buğda ilə qidalandırırq. Stansiyanın həyətində yeni yonca sahələri də yaratmışıq. Aprel, may aylarından başlayaraq balıqları arpa və buğda ilə qidalandırırıq. Çünki, qışdan çıxan balıqlar zəif olur, sentyabırın 15-dən oktyabırın 15-ədək suyun tempuraturu 15 dərəcəyə düşəndə balıqlar qidalandırmasını dayandırır”.

Daha sonra o dedi: ”Stansiyanın 1 saylı gölündə naxa balığını yetişdiririk. Biz heç vaxt bu balıq növünü yetişdirməmişik. Bu balıqlar stansiyaya gətiriləndə 6 günlük süfrələr idi. Onu da qeyd edim ki, naxa balığının böyümə intensivi çox yaxşıdır. Onları biz əvvəlcə balıq farşı ilə qidalandırırıq. Qarşımıza qoyduğumuz məqsəd ondan ibarətdir ki, stansiyada bu balıqlar necə qidalanır, böyümə intensivi necədir və hansı yaş dövründə onlardan kürü ala biləcəyik. Bu da çox uğurlu alındı. Yəni əvvəllər ədəbiyyatda qeyd olunurdu ki,  naxa balıqları suyun tempuraturu 5 dərəcəyə düşənə qədər qidalanırlar. Lakin stansiyamızda aparılan təcrübə göstərdi ki, onlar suyun tempuraturu 9 dərəcəyə düşəndə qidalndırmanı tam  dayandırırlar. Mən də fürsətdən istifadə edib təsərrüfatlara naxa balığının böyümə intensivi çox yüksəkdir demək istərdim. Tez böyüyən balıqdır.

Hicran xanım qeyd etdi ki, 2015 ci ildən  laboratoriyada dekorotiv balıq olan  koeo balıqları  da yetişdirilir. Lakin biz hələ onlardan nəsil ala bilməmişik. Məqsədlərimizdən biri də onlardan nəsil almaqdır. İnanıram  ki, 2019- cu ildən biz onlardan nəsil ala biləcəyik. Yeri gəlmişkən bildirim ki, bunlarla yanaşı, biz stansiyada ilk dəfə olaraq şərq tibb  zəliçiliyi ilə  də məşğul olmağa başlamışıq. Həmin zəlilərdən MEA zoologiya institutunun  laboratoriyasında  nəsil alınır, böyüdülməsi üçün və təbiətə daha yaxın  olması üçün həmin zəliləri biz stansiyanın gölündə böyüdürük , əsas məqsəd də təmiz ekoloji zəli yetişdirməkdir. Onların 90 faizi ana zəlilərdir. Artıq onlar iyun ayında barama verəcəklər.

Qarşımızda bir məqsəd də var deyən Hicran xanım sonda onu da bildirdi ki, Mingəçevir su anbarında xərçənglərin yoxa çıxması ilə bağlı  stansiya gələcəkdə  xərcəng də yetişdirəcək.

Esmira Hidayətova, Mingəçevir