Əvvəlki illərin məzunları ali məktəblərə hansı qaydada imtahan verəcəklər?

0
24

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli (tapşırıqların sayı) açıqlanıb.

Yeni qaydalara görə,  I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı, buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

Maraqlıdır, əvvəlki illərin məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanları hansı qaydada aparılacaq? Onlar yenidən buraxılış imtahanı verəcəklərmi?

alpaninfo.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə modern.az-a açıqlamasında yaranan suallara aydınlıq gətirib.

Qurum rəsmisi bildirib ki, əvvəlki illərin məzunları da yeni qaydalarla imtahan verəcəklər.

“Cari ilin məzunları necə imtahan verəcəksə, əvvəlki illərin də məzunları bu qaydalara əsasən imtahan verəcəklər. Bildiyimiz kimi, cari ilin yəni, bu ilin məzunları buraxılış imtahanı verdikdən sonra qəbul imtahanında iştirak edəcəklər. Bu iki imtahanın nəticələri toplanaraq əldə etdikləri ballara uyğun olaraq müsabiqədə iştirak edəcəklər”.

Xanlar Xanlarzadə qeyd edib ki, əvvəlki illərin məzunlarına buraxılış imtahanı qaydasında imtahan keçiriləcək.

“Onlar da tədris dili (Azərbaycan dili, rus dili), riyaziyyat və xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) fənlərindən imtahan verəcəklər. Daha sonra isə qəbul imtahanlarında iştirak edəcəklər. Nəticədə  onlar hər iki imtahandan topladıqları bal əsasında müsabiqədə iştirak edə biləcəklər”.

Qeyd edək ki, DİM və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:

Buraxılış imtahanı (9 illik təhsil bazasında)

I mərhələ (imtahan müddəti – 3 saat)

Fənnin adı  Maksimal  bal    Tapşırıqların sayı
1. Tədris dili
(Azərbaycan dili, rus dili)
30 2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq
2. Riyaziyyat 30 10 açıq tapşırıq (həllin yazılması tələb olunan)
Cəmi:10 tapşırıq
3. Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri) 30 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq );
2.Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ).
Cəmi:15 tapşırıq

II mərhələ (imtahan müddəti – 2 saat 15 dəqiqə)

Fənnin adı Maksimal 
bal    
 Tapşırıqların 
sayı
1. Tədris dili (Azərbaycan dili, rus dili) 70 30 qapalı
2. Riyaziyyat 70 30 qapalı
3. Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) 70 30 qapalı

Buraxılış imtahanı (11 illik təhsil bazasında)
İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti – 3 saat)

Fənnin adı Maksimal 
bal   
Tapşırıqların sayı
1. Tədris dili (Azərbaycan dili, rus dili) 100 Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq.
Cəmi: 30 tapşırıq
2. Riyaziyyat 100 həllinin yazılması tələb olunan 7 açıq tapşırıq+ ənənəvi formada olan 5 açıq tapşırıq+13 qapalı tapşırıq.
Cəmi: 25 tapşırıq
3. Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) 100 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq);
2.Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ;
3.Dil qaydalarına dair 16 qapalı tapşırıq.
Cəmi:30 tapşırıq

Maksimal bal: 300

Qəbul imtahanı (imtahan müddəti 3 saat)

I qrup II qrup III qrup IV qrup
Riyaziyyat – 30 tapşırıq
(22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Riyaziyyat – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Azərbaycan (rus) dili – 30 tapşırıq (22-qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Biologiya – 30 tapşırıq
(22 qapalı +5  açıq +situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Fizika – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Coğrafiya – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Kimya – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Kimya – 30 tapşırıq
(22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1
Tarix – 30 tapşırıq
(22 qapalı+5 açıq +mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1
Ədəbiyyat – 30 tapşırıq
(22 qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1
Fizika – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1